Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımını unutmuruq

Bakı, 23 fevral, AZƏRTAC

Sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli beynəlxalq cinayətlərdən biri də Xocalı soyqırımıdır. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. Yəni, soyqırımı cinayəti üçün bu xüsusi niyyətin olması zəruri element sayılır və məhz bu əlamət onu digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Çox təəssüf ki, xalqımız da bu qanlı cinayətdən ən çox əziyyət çəkən dünya xalqlarından biridir. Çünki XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmağa başlayan ermənilərin uydurma “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı paralel olaraq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasını qoymuşdur. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərinin tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam edib və ən son belə kütləvi qırğın tariximizə Xocalı faciəsi kimi həkk olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, bu dəhşətli cinayət nəticəsində 613 dinc sakin etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər əsir götürülüb. Bu qanlı hadisədə əsir götürülmüş 150 şəxsin taleyi hələ də məlum deyil. Tarixi abidələri, mədəniyyəti ilə fərqlənən, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında işğal nəticəsində xarabalığa çevrilib.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş cinayətlər öz xarakteri və ağırlığına görə BMT Baş Assambleyasının Konvensiyası ilə müəyyən edilmiş soyqırımı anlayışına tamamilə uyğun gəlir. Həmin gün erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib. Xilas olmağa can atan, əli silahsız, düşmənə müqavimət göstərmək iqtidarında olmayan, hərbi statusu olmayan mülki əhalinin, qadınların, körpələrin, yaşlı insanların amansızlıqla qətlə yetirilməsi bu cinayətlərin soyqırımı niyyətini sübut edir və məhz azərbaycanlı milli mənsubiyyətinə yönəlmiş olduğunu təsdiqləyir.

Beynəlxalq Cinayət Məhkəməsinin Statusu, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya və Ruanda üzrə Nizamnamələri də Xocalı qətliamına “soyqırımı” kimi qiymət verilməsinə tam əsas verir. Xocalı faciəsinə hüquqi qiymət vermək üçün hadisə yerində olmuş xarici və yerli jurnalistlərin baş vermiş vəhşiliklər haqqında yazdıqları və lentə aldıqları kadrlar, eləcə də erməni siyasi xadimlərinin hadisə ilə bağlı səsləndirdiyi fikirlər bu dəhşətli cinayətin sübutudur. Lakin təəssüflər olsun ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməmiş və hadisəyə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməyib”, - deyə Z.Əsgərov diqqətə çatdırıb.

Xocalı soyqırımının dövlət səviyyəsində tanınması və ona hüquqi qiymət verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən komitə sədri bildirib ki, Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümumiyyətlə, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Nəticədə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb və həmin fərmanda 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi soyqırımı aktı da xüsusilə vurğulanıb.

Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycanın hər bir siyasi-ictimai xadiminin Xocalı soyqırımına beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini diqqətə çatdıran Z.Əsgərov bildirib ki, faciənin ildönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir. Hər il xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı onlarla müraciətlər edilir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanılmış “Xocalıya ədalət!” kampaniyasının əvəzolunmaz əhəmiyyətini də mütləq qeyd etməliyik. Bu qətiyyətli siyasi mübarizənin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə və beynəlxalq təşkilatlarda qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Qırx günlük Vətən müharibəsində şanlı Qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi və bu torpaqlara xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, digər xarici qonaqların səfərlərinin təşkil edilməsi və bununla da erməni vəhşiliyinin dünyaya çatdırılması bizim üçün Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməsi işində yeni imkanlar açmışdır. Bu gün də çoxsaylı dünya dövlətləri Xocalı soyqırımı ilə bağlı petisiyalar, bəyanatlar qəbul etməkdə və faciəni qətiyyətlə pisləməkdə davam edir.

“Prezident İlham Əliyevin dediyi kimi: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq...”.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərlə haqq-ədaləti bərpa edərək yeni reallıqları dünyaya qəbul etdirdiyimiz kimi, Xocalı həqiqətlərini də bütün dünyanın diqqətinə çatdırmağa davam edəcəyik”, - deyə Ziyafət Əsgərov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalıq və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb