Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı – cəzasız qalan cinayət

Xocalı – cəzasız qalan cinayət

Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq.

           Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri

Bakı, 24 fevral, AZƏRTAC

Erməni millətçilərinin iki əsr ərzində Azərbaycan xalqına qarşı törətdikləri ən dəhşətli qanlı qırğınlardan biri də Xocalı soyqırımıdır. Bu gün dünyaya özlərinin “soyqırımı”na məruz qaldıqları barədə yalanları qəbul etdirməyə çalışan ermənilərin bu qanlı cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü şəkildə ardıcıl iş aparılır. Faciənin ildönümləri ilə əlaqədar dünyanın müxtəlif ölkələrində silsilə anım tədbirləri, konfranslar, yürüşlər təşkil olunur.

Ədliyyə Akademiyasının əməkdaşı, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Fatimə Zərbiyeva Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar məqalə yazıb.

AZƏRTAC məqaləni təqdim edir.

XX əsrin ən dəhşətli faciələrindən olan, təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi kimi bəşər tarixinə əbədi həkk olunmuş Xocalı soyqırımından 28 il ötür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki erməni terrorçu dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq Xocalı şəhərini zəbt edib, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçiriblər. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla öldürülüb, 487 nəfər ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Bəşəriyyətə və insanlığa sığmayan bu dəhşətli faciə bütün əlamətləri ilə BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyasında təsbit olunduğu kimi, insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn soyqırımı cinayətinə aiddir.

Beynəlxalq məhkəmə həmin Konvensiyanın irəli sürdüyü prinsipləri beynəlxalq hüququn bir hissəsi hesab edir, bundan irəli gələrək məcburi xarakterli normalar kimi dəyərləndirir və ölkəmiz Konvensiyanı ratifikasiya etməklə bu normalar Cinayət Məcəlləsinə daxil olub.

Soyqırımı cinayətini digər beynəlxalq cinayətlərdən fərqləndirən zəruri amil xüsusi niyyətin olmasıdır. Xocalıda ermənilərin sırf azərbaycanlı millətindən olanların məhv edilməsi niyyəti ilə törətdikləri kütləvi qətliamlar məhz onun həm beynəlxalq, həm də milli hüquq sferasında soyqırımı cinayəti kimi tövsif edilməsini labüd edir.

Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.

Aparılmış istintaq nəticəsində toplanmış materiallardan, lentə alınmış video və foto şəkillərdən məlum olur ki, Xocalı soyqırımı insan hüquqlarına dair bütün beynəlxalq aktların tələblərini kobudcasına pozan erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.

Xocalı faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı soyqırımı (genosidi) günü haqqında” Qərar qəbul edilmiş və fevralın 26-sı ölkəmizdə Xocalı Soyqırımı Günü elan olunub. Dahi öndərin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-da saat 17:00-da Azərbaycan Respublikasının ərazisində soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sükut dəqiqəsi keçirilir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət edib, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib.

Xalqımızın başına gətirilən Xocalı faciəsinin unudulmaması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, soyqırımından zərərçəkən şəxslərə qayğı göstərilməsi, cinayətkarların cəzalandırılması yönündə aparılan təbliğat dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.

Bu günlərdə dünyanın ən nüfuzlu dialoq platformalarından olan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr həm ölkəmizdə, həm də bütün dünyada işğalçılara tarixi dərs kimi yaddaşlara həkk olunub. Həmin konfransda Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla debatında Xocalı soyqırımı ilə bağlı əsl həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. N.Paşinyanın heç bir mötəbər sübuta söykənmədən Xocalı soyqırımı ilə bağlı inandırıcı olmayan və bir o qədər gülünc bəyanatına cavab olaraq dövlətimizin başçısı soyqırımı törətmiş erməni hakimiyyətinin öz layiqli cəzasını alacağını bəyan edib: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”. Azərbaycan Prezidentinin özünəinamlı, tutarlı çıxışı işğalçılar üzərində diplomatik və psixoloji qələbəsi idi. Bu qələbə, bütün xalqımıza, o cümlədən biz gənclərə azərbaycançılıq, vətənpərvərlik, həmrəylik mövzusunda əvəzsiz nümunədir.

Hazırkı vətənpərvər Azərbaycan gəncliyi digər sahələrdə olduğu kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, əzəli tarixi torpağımız Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və tanıdılmasında ölkə rəhbərinin ətrafında sıx birləşib. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə geniş vüsət alan “Xocalıya ədalət!” kampaniyası öz ətrafında minlərlə gənci birləşdirərək dünyanın əksər dövlətlərinə səs salıb. Kampaniya çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilib. Bu istiqamətdə aparılan sistemli işin nəticəsidir ki, bu gün İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

Xocalı soyqırımından 28 il ötsə də, xalqımız faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edir, bununla bağlı ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri və aksiyalar keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ön cərgədə olduğu və on minlərlə insanın, o cümlədən gənclərin, könüllülərin qatıldığı ümumxalq yürüşlərinin keçirilməsi məhz faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Soyqırımının ildönümü ilə əlaqədar bu günlərdə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında keçirilmiş Ümumavropa Qarabağ mitinqində müxtəlif dövlətlərdə yaşayan yüzlərlə soydaşımız, gənclər ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.

Xocalı həqiqətlərini, faciənin ağrısını, acısını, sözün əsl mənasında, dərk etmək və dünya ictimaiyyətinə çatdırmaqda, digər ölkələrin vətəndaşları arasında zəruri olan məlumatların geniş yayılmasında bugünkü Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür. Ölkə gəncləri, eyni zamanda, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı olan könüllülük hərəkatının əsas aparıcı qüvvələri bu istiqamətdə maarifləndirmə işinin aparılmasına öz dəstəyini, töhfələrini verirlər. 2016-cı ildə ASAN könüllülərinin hazırladığı "Xocalıyıq" adlı sənədli film Xocalı hadisələri ilə bağlı həqiqətlərin təbliğinə və ictimaiyyətin məlumatlandırılmasına xidmət edib.

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən keçirilən tədbirlər sırasında Ədliyyə Akademiyasının və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin “Könüllülər ili” çərçivəsində 90-a yaxın ədliyyə könüllüsünün və gənc ədliyyə işçilərinin iştirakı ilə birgə keçirdiyi “Xocalını unutma” adlı ədəbi-bədii tədbir erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlərboyu həyata keçirdiyi etnik təmizləmə siyasəti, o cümlədən Xocalı soyqırımının ağır nəticələri barədə gənclərimizi bir daha məlumatlandırmaq, onların vasitəsilə ölkəmizin həqiqətlərini daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Bu gün müasir Azərbaycan gəncliyi anlayır ki, Xocalı soyqırımını törədən mənfur erməni qəsbkarlarının cinayətkar əməllərinin pislənilməsində, qətliama siyasi-hüquqi qiymət verilməsində, faciə barədə ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasında hər birimiz daha fəal olmalıyıq. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisənin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans