XATİRƏSİNİ YAD ETMİŞLƏR
Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə yanvarın 3-də bir qrup azərbaycanlı ölkəmizin Fransadakı səfirliyinin əməkdaşları ilə birlikdə Parisin Sən-Klu qəbristanlığına gedərək, Azərbaycan Demokratik Cümhuriyyətinin banilərindən biri olmuş Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etmiş, dövlət xadiminin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Bakı Dövlət Universitetinin professoru Hüseyn Çəndirov və səfirliyin əməkdaşı Məsim Məmmədov ADR-in Şərq dünyasında ilk demokratik dövlət olması barədə söhbət açmışlar. Parisdə yaşayan soydaşımız 84 yaşlı Qədir Süleyman isə Əlimərdan bəy və oğlu Ələkbərlə bağlı xatirələrini danışmışdır.
Həmyerlilərimiz məzarın önünə tər çiçək dəstələri qoymuş, ətrafında təmizlik işləri aparmışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [21:23]
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub
- 04.11.2026 [20:42]
“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək
- 04.11.2026 [18:51]
“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri
- 04.11.2026 [18:48]
Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Cəlilabadda ağacəkmə aksiyası
- [19:39]
“Bir cənub şəhərində”
- [16:01]