XATİRƏ GÜNÜ
Martın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində tanınmış aktyor, rejissor, bədii qiraətçi Həsən Əblucun anadan olmasının 60 illiyinə həsr edilmiş xatirə günü keçirilmişdir.
Tədbiri muzeyin direktoru, filologiya elmləri namizədi İsrafil İsrafilov açaraq, Azərbaycan mədəniyyətinin inkişafında Həsən Əblucun xidmətlərindən danışmışdır.
AMEA-nın həqiqi üzvü Kamal Talıbzadə, xalq artistləri Ramiz Məlikov, Əminə Yusifqızı və başqaları televiziya tamaşalarında və səhnədə H. Əblucun yaratdığı obrazlardan, rejissorluğundan, pedaqoji fəaliyyətindən söz açmış, onunla bağlı xatirələrini danışmışlar.
Xatirə günündə Həsən Əblucun lent yazıları səsləndirilmişdir.
Rejissor Ənvər Əbluc qardaşının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [21:23]
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub
- 04.11.2026 [20:42]
“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək
- 04.11.2026 [18:51]
“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri
- 04.11.2026 [18:48]
Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Cəlilabadda ağacəkmə aksiyası
- [19:39]
“Bir cənub şəhərində”
- [16:01]