Vergi daxilolmaları 22,9 faiz artıb
Bakı, 9 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984,1 milyon manat artıb.
Ödənilən vergilərin 45,1 faizi neft-qaz sektorunun, 54,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:56]
® ABB ölkəmizdə insan kapitalını araşdırıb
- 16.11.2026 [12:33]
2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb
- 16.11.2026 [12:26]
Azərbaycan Lissabondakı “Web Summit 2026”da milli pavilyonla təmsil olunub
- 16.11.2026 [12:23]