Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyev və Naxçıvan

Muxtar Respublikasının inkişafı Ulu Öndərin adı ilə sıx bağlıdır

Naxçıvan, 12 dekabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderdir. O, bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.

Qədim diyarda dünyaya göz açan, boya-başa çatan gələcəyin böyük dahisi ilk təhsilini də Naxçıvanda aldı, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirdi. Ulu Öndərimiz təhsilinin həmin mərhələsini yüksək qiymətləndirərək deyib: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.

Heydər Əliyev yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmadı, qədim diyarı daim diqqət mərkəzində saxladı. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul etdi. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu oldu. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyuldu, onların icra müddəti müəyyənləşdirildi. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin dövrü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.

Böyük tarixi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə oldu. İlk səfər 1974-cü il fevralın 22-də reallaşdı. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb.

Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə yüksəldi. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artdı.

SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada, necə deyərlər, ucu-bucağı görünməyən bir ölkənin problemlərinin həlli ilə məşğul olsa da, bir an belə doğma Naxçıvanı unutmadı. O, muxtar respublikada görülən quruculuq işlərini həmişə yaxından izlədi, tövsiyə və tapşırıqlarını əsirgəmədi, ermənilərin Naxçıvana və Dağlıq Qarabağa iddialarına qarşı ciddi mübarizə apardı. Təsadüfi deyil ki, Ulu Öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başladı, meydanı boş görən ermənilər çirkin iddialarını daha yüksək səslə səsləndirdilər.

Heydər Əliyev Moskvada rahat yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də o, Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Xəyanətə yol vermiş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə dahi şəxsiyyəti özlərinə rəhbər seçdilər, onun ətrafında sıx birləşdilər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi, böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi”.

Heydər Əliyev hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həmin dövrü belə xarakterizə edir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu”.

Ümummilli Liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözləri ilə ifadə etsək, “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”.

Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Ancaq Ulu Öndər canı qədər sevdiyi doğma Naxçıvandan ayrılmaq istəmirdi. Digər tərəfdən xalqının görkəmli oğlu, alovlu vətənpərvər bu acı hadisələrə laqeyd də qala bilməzdi. Necə ki, qalmadı.

Ölkəmizə ikinci dəfə rəhbərliyi illərində Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Fəaliyyətini dayandırmış sənaye müəssisələrinin yenidən işə salınması və yeni müəssisələrin yaradılması sayəsində 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artdı. Həmin dövrdə 15 inzibati bina, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16 min 38 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verildi. Ümumi daxili məhsulunun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı. Bütün bu misilsiz nailiyyətlərin hamısı böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanıldı. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir.

“Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz”, - deyən Ulu Öndər Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəklədi. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etdi. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci ilin iyunun 15-də və həmin il avqustun 10-da reallaşdı.

Ulu Öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, onun müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Ümummilli lider Heydər Əliyevin ölkə Prezidenti kimi “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 4 fevral 1999-cu il tarixli Fərmanda Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amillər belə ifadə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-nin tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının - Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.

Ulu Öndərimiz həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi. Bu gün onun yolunu uğurla davam etdirənlər dahi şəxsiyyətin arzularını inamla həyata keçirirlər. Bu gün Naxçıvanda yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı 852 istehsal və xidmət sahəsi yaradılıb. Ötən dövrdə sənaye müəssisələrinin sayı 7,8 dəfə artıb, sənaye məhsulunun həcmi 97,6 dəfə artaraq 891 milyon manatdan çox olub. Muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yeni qurulmuş müəssisələrdə istehsal olunan məhsulların növü 361-ə çatıb, 343 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilib. Dövlət maliyyə dəstəyi ilə 230 heyvandarlıq, 64 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 95 arıçılıq, 72 bağçılıq və 13 balıqçılıq təsərrüfatı yaradılıb.

Əldə edilən bu uğurlar bir daha deməyə əsas verir ki, Naxçıvanda Heydər Əliyev siyasi xətti uğurla, sədaqətlə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarının təxirə salınmadan yerinə yetirilməsi, sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiq icrası, islahatların günün tələbləri səviyyəsində aparılması Naxçıvanın sürətli inkişafını və yüksəlişini şərtləndirir. Bu isə məhz Heydər Əliyevin arzularındakı Naxçıvandır. Gündən-günə çiçəklənən, inkişaf edən, abadlaşan Naxçıvan.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Politoloq: “Avropa Siyasi Birliyi”nin sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsində mühüm rol oynaya bilər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işi pozulub

Prezidentin Dublin toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb

Gövhər Baxşəliyeva: Milli kimliyimizin və mədəni irsimizin qorunması azərbaycançılıq ideologiyasının əsasını təşkil edir

Azərbaycan-Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri - ŞƏRH

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Dublin Sammitində Azərbaycan amili: Bakı-London strateji tərəfdaşlığında yeni mərhələ - TƏHLİL

Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

On ayda əsas kapitala yönəldilən investisiyalar 9,7 faiz artıb

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

Həkim Mahir Həsənov: Əsgərlərimiz yaralı olmasına baxmayaraq döyüşə qayıtmaq istəyirdilər

bp “Azəri-Çıraq-Günəşli”də fəaliyyət göstərən qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin metodiki dəstək təlimləri yekunlaşıb

Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir

Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir - ŞƏRH

Düsseldorfta Azərbaycan Evinin yaradılması müzakirə olunub

Aşpaz: İtaliya mətbəxinin özünəməxsusluğu yerli məhsullarda və zəngin ənənələrdədir

Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir

“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib

Dəmir yolları ilə sərnişindaşımada yüksək göstərici qeydə alınıb

“Xanuma” tamaşası 100-cü dəfə səhnədə

Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub

Akademik: Mədəniyyətlərarası dialoqun inkişafı üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir

“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycan-Avropa münasibətlərinin inkişafı baxımından mühüm platformadır - ŞƏRH

Səfir: Azərbaycan və İtaliya mətbəxini ortaq ənənələr birləşdirir

Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığa başladığı ilk elmi müəssisə Kimya İnstitutu olub

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb

Anar Rzayev: Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması vacib məsələlərdəndir

COP31 çərçivəsində CIGET təşəbbüsünə dair birinci Nazirlər Görüşü olub

AICA: Bakıda keçirilən süni intellekt sammiti bu sahədə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

® “Azercell”in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyində strateji tərəfdaşdır ŞƏRH

Almaniyanın ətraf mühit naziri dünyada “enerji inqilabı”nın baş verdiyini bildirib

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

ADSEA sədri Naxçıvan şəhərində vətəndaşlarla görüşüb

BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2026” layihəsinə başlanılıb

Fərid Cəfərov: Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu və mədəniyyətlərarası dialoqa töhfəsini nümayiş etdirir

Azərbaycan və Türkiyə prezidentlərinin görüşləri müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir - ŞƏRH

“Outlook”un qlobal miqyaslı nasazlığı milyonlarla istifadəçini elektron poçtsuz qoyub VİDEO

“Outlook”un qlobal miqyaslı nasazlığı milyonlarla istifadəçini elektron poçtsuz qoyub VİDEO

Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu

Azərbaycan Qazaxıstanda keçirilən Gənc Alimlərin Beynəlxalq Konqresində təmsil olunur

® Nezih Recep Aysel: Naxçıvan zəngin memarlıq irsi və özünəməxsus şəhərsalma ənənələri ilə seçilən qədim şəhərdir

Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?

İsa Həbibbəyli: Əcəmi sənəti qədim Naxçıvan torpağının intibah mədəniyyətinin mühüm nişanəsidir

Aktoti Raimkulova: Azərbaycan pavilyonu mədəni irsin qorunması və təbiətə həssas münasibəti əks etdirir

Ümumdünya Xeyirxahlıq Günü: yaxşılıq insanlığın ən ali dəyərlərindəndir

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması işləri davam etdirilir

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Maliyyə Nazirliyinin aparatına olan müraciət sayı açıqlanıb

Ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı 35 faiz artıb

Habil Məmmədov: Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərdir VİDEO

Habil Məmmədov: Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərdir VİDEO

Elbrus İsayev: Əcəmi Naxçıvaninin memarlıq irsi dünya mədəniyyətinin qiymətli nümunələrindəndir

Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib

Gənclər Kitabxanasının professor Sevda Məmmədəliyevanın 80 illik yubileyinə töhfəsi

BMU tələbəsi raket texnologiyaları müsabiqəsində I yerə layiq görülüb

Məktəblərdə payız tətili noyabrın 16-da başlanır

İran ABŞ-nin MQ-1 PUA-sını vurub

Günay Əfəndiyeva: “Bakı Prosesi” dövründə Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qırğızıstan rəsmisi: BMT-nin İqlim Dəyişmələri konfransları Mərkəzi Asiyada da keçirilməlidir

Polad Bülbüloğlu: Azərbaycan mədəni diplomatiyası beynəlxalq dialoqun inkişafına mühüm töhfə verir

Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edib, beş nəfərə intizam tənbehi tətbiq olunub

Naxçıvan Kukla Teatrı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edəcək

Şəkidə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycan komandası Yeniyetmələrin Yay Olimpiya Oyunlarını 6 medalla tamamlayıb

Milli Dram Teatrında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb

Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub

“Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda İCTİMAİ DİNLƏMƏ

Milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

Həftəsonu hava necə olacaq?-  AÇIQLAMA VİDEO

Həftəsonu hava necə olacaq?- AÇIQLAMA VİDEO

Siyasi şərhçi: Bakı-London tərəfdaşlığı Azərbaycanın geosiyasi və iqtisadi mövqelərini gücləndirir

Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib

İqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması: Azərbaycan-Özbəkistan dialoqu

Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO

Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

FHN təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb VİDEO

FHN təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb VİDEO

İllərin yurd həsrəti doğma ocağın sevincinə çevrilib – Müslüm Hüseynovun gerçəkləşən qayıdış arzusu

Şagird və müəllimlər üçün yeni süni intellekt platforması istifadəyə verilib

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib

Abşeronun qədim tarixinin yadigarı: Qala qəsri - FOTOREPORTAJ

BMU-nun ikili diplom proqramının tələbələri Çində ölkəmizi təmsil ediblər

Bakıda İtaliya mətbəxinin ənənələri təqdim olunub

Sevinc Məhsimova: Könüllülərin fəaliyyəti inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir