TÜRKİYƏDƏ İLK QAR
Sentyabrın 10-da səhər Ankara ilə İstanbul arasında yerləşən Bolu vilayətinin dağlıq bölgəsində bu il ilk qar yağmışdır. AZƏRTAC-ın xüsusi müxbirinin Bolu valiliyindən aldığı məlumata görə, Qartalqaya dağında qar örtüyünün qalınlığı 1 santimetrdir. Dağlara yağan ilk qarın səbəbindən Ankarada havanın temperaturu da 8-10 dərəcə aşağı düşmüşdür.