Tovuzda 22 yaşlı oğlan çayda batıb
Tovuz, 16 iyun, AZƏRTAC
Tovuza qonaq gələn 22 yaşlı gəncin çayda batdığı ehtimal olunur.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə 22 yaşlı Ağdam rayon sakini İlham Şirinov Bakı şəhərindən Tovuz rayonunun Dondar Quşçu kəndinə qohumları gilə qonaq gəlib. Son günlər intensiv yağan yağışlara görə Tovuz çayında suyun səviyyəsi və axar sürəti artıb.
Gəncin batdığı ehtimal olunan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:54]
Gəncənin ənənəvi maddi mədəniyyəti yeni monoqrafiyada
- 16.11.2026 [12:13]
Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib
- 16.11.2026 [11:23]
Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb
- 16.11.2026 [11:13]
Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib
- 16.11.2026 [10:57]