Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tolerantlıq məkanı – Azərbaycan

Tolerantlıq məkanı – Azərbaycan

“Azərbaycan xalqı özlüyündə, təbiətinə görə,

öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”.

Heydər Əliyev

 

Müasir dünyada müxtəlif səbəblərdən baş verən münaqişələr fonunda dünya insanının yaşadığı cəmiyyəti qorumağa istiqamətlənmiş çağırışların olmasına hər zaman ehtiyac duyulur. Bu məqsədlə beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin təşəbbüsləri ilə davamlı olaraq beynəlxalq konfranslar, forumlar, toplantılar təşkil edilir. Belə tədbirləri sülh və sabitliyin qarantı olduğunu adlandırmaq doğru olmasa da, amma ən azından təcrübənin paylaşılması, mümkün problemlərin çözülməsinə kömək göstərilməsi baxımından vacibdir.

Görünür, elə bu səbəbdən də 1995-ci ildə UNESCO-nun qərarı ilə 16 noyabr dünyada Tolerantlıq Günü elan edilib. Tolerantlıq Günü Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə uyğun olaraq dünyada insanların davamlı sülh içərisində yaşaması naminə atdığı addımlardan biri kimi xarakterizə edilə bilər. XX əsrin sonunda demokratikləşmə prosesinin dünyanın bir çox ölkələrini əhatə etdiyini və insan hüquqlarının mühüm amil kimi ön plana çəkildiyini nəzərə alsaq, bu, çox vacib qərardır.

Bəşəriyyətin tarixən yaratmış olduğu maddi və qeyri-maddi mədəniyyət nümunələrini, dünya mədəniyyəti incilərini qorumağı təbliğ və təşviq edən UNESCO öz qərarları və amalı ilə həm də bu mədəniyyəti yaradan insanı qorumağı tərcih edir. Təşkilat bu missiyanı sıralarında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da olmaqla, öz xoşməramlı səfirləri vasitəsilə ölkələrə, insanlara çatdırır.

Tolerantlıq olduqca geniş anlayışdır. O, həm insani münasibətlərin və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətləri kimi də anlaşıla bilər. Bu mənada tolerantlıq öz tarixi və bugünkü yaşam tərzi ilə azərbaycanlıların və Azərbaycanın xalqının günüdür. Çünki Azərbaycanın tarixi torpaqlarında da, hazırki Azərbaycan Respublikasının ərazisində də tarix boyu heç vaxt dini və etnik zəmində münaqişə qeydə alınmayıb. Bu yerləri özlərinə vətən bilən xalqlar, milli və dini azlıqların nümayəndələri hər zaman qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşamışlar.

Ulu öndər Heydər Əliyev müsahibələrinin birində qeyd edir: “Ölkəmizdə, müstəqil Azərbaycanda müxtəlif millətlərə mənsub olan insanlar Azərbaycanın vətəndaşları olaraq sülh və əmin-amanlıq şəraitində yaşayır, bir-birinə hörmət bəsləyirlər. Bir dinin nümayəndələrinin digərinə, bir konfessiyanın başqasına hörmətsiz münasibət bəsləməsinə dair heç bir fakt yoxdur.

1993-cü ildən ictimai-siyasi sabitliyə qovuşmağa başladığımız, bu sabitliyi pozan, özlərinin cinayətkar, antihumanist hərəkətləri ilə Azərbaycanın və xalqımızın nüfuzuna zərər vuran qüvvələri cəmiyyətdən ardıcıl surətdə təcrid etməyə müvəffəq olduğumuz dövrdən etibarən, hesab edirəm, respublikamızda çox əlverişli şərait yaranıb. Azərbaycanda müxtəlif millətlərə, müxtəlif dinlərə, müxtəlif mədəniyyətlərə mənsub olan insanların yaşaması buna sübutdur. Onlar sülh və həmrəylik şəraitində yaşayırlar, bu və ya başqa dinə, mədəniyyətə, Azərbaycanda məskunlaşmış xalqların adət-ənənələrinə, mənəviyyatına dözümsüzlük göstərilməsi barədə heç bir fakt yoxdur. Bu, çox böyük nailiyyətdir”.

UNESCO-nun üzvü kimi ölkəmiz daim bu və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə, qoşulduğu müxtəlif konvensiyalara böyük hörmətlə yanaşıb və dünyada daim sülh və sabitlik tərəfdarı kimi çıxış edib.

Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin də qayəsində humanizm, insanpərvərlik, bərabərhüquqluluq və bunlara uyğun olaraq tolerantlıq və multikulturalizm dayanır. Prezident müxtəlif beynəlxalq təşkilatların tribunalarında, ölkəmizdə və xaricdə təşkil olunan humanitar forumlarda hər zaman vurğulayır ki, tolerantlıq xalqımızın qədim tarixindən və köklərindən gəlir. Əsrlər boyu Azərbaycan dinlərin, etnik qrupların sülh şəraitində, yan-yana yaşadığı məkan olub. Etnik, mədəni və dini müxtəliflik Azərbaycanın ən böyük sərvətlərindən biridir. Ölkəmizin uğurlarını təmin edən əsas amillərdən biri məhz Azərbaycanda çoxmədəniyyətli cəmiyyətin olmasıdır.

Ölkəmizdə dünya din xadimlərinin, dini liderlərin toplantılarının keçirilməsi, mütəmadi humanitar forumların, beynəlxalq təşkilatların yığıncaqlarının təşkil olunması artıq Azərbaycanı dünya xəritəsində tolerantlıq mərkəzinə çevirib.

Azərbaycan dövləti təkcə müxtəlif dinlərə ibadət edən, müxtəlif mədəniyyətlərin daşıyıcısı olan, müxtəlif dillərdə danışan insanların - vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı deyil, Azərbaycan dövləti həm də bu insanların ulu babalarının qurub-yaratdıqları abidələri, bu günə qədər yaşatmış olduqları mədəniyyəti, dili qorumaqdadır. Ölkəmizdə dövlət hesabına məscidlər, imamzadələr, müqəddəs ziyarətgahlar, eyni zamanda katolik və pravoslav kilsələri, sinaqoqlar təmir və bərpa edilir, insanların istifadəsinə verilir.

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı bu humanist siyasətlə ölkəmiz ötən on il ərzində dinlərarası, millətlərarası münasibətlərdə artıq dünya üçün bir örnək olmaqdadır. Prezident ölkəmizdə məhz dini, milli və multikultural məsələlərə daha həssas şəkildə yanaşmaq və bu istiqamətdə sistemli siyasət həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətini, bunun ardınca isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaradıb. Bunun nəticəsi olaraq, hazırda Azərbaycan öz tolerantlıq və multikulturalizm modelini tam formalaşdırmaqla yanaşı, həm də bu modelin dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən davamlı öyrənilməsinə də nail olub.

Bu gün Azərbaycan dünya miqyasında tolerantlıq istiqamətdə aparılan siyasətdə seçilən, fərqlənən ölkələrdən biridir. Demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu və bununla paralel olaraq tolerantlıq və multikulturalizmlə bağlı atılan bütün addımlar ölkəmizi daha da gücləndirir və dinamik inkişaf üçün yeni imkanlar açır.

16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə bağlı UNESCO-nun qərarında dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış edilir ki, bizim yaşadığımız Azərbaycan Respublikası öz daxili və xarici siyasəti ilə, azərbaycanlı adı altında birləşən onlarla xalqlar və etnik qrupların nümayəndələri də qarşılıqlı hörmət və mehribanlığı ilə daim bu çağırışın ruhunda yaşamış və yaşamaqdadır. Bu isə əsl tolerantlıq örnəyidir. Bu örnəyi millətindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yaratmışdır.

Tolerantlıq Günümüz Mübarək!

Sərraf Hüseynov

Azərbaycan Respublikasının millətlərarası,

multikulturalizm və dini məsələlər üzrə

Dövlət müşavirliyi xidmətinin əməkdaşı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB