TƏMİR İŞLƏRİ BAŞA ÇATDIRILIR
Avropa Birliyi Fövqəladə Proqramının III Tranşı üzrə səhiyyə, mədəniyyət və sosial obyektlərin bərpa-təmir işləri davam etdirilir.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, III Tranş üzrə bu işlərin icrasına 10 milyon avro ayrılmışdır. Bakı şəhərində 3 tibb mərkəzinin və əlil uşaqlar üçün 3 müəssisənin bərpası cari ilin IV rübündə basa çatdırılacaqdır. M.F.Axundov adına Milli Kitabxanada isə bərpa işləri oktyabrın 15-dək yekunlaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ