“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb
Bakı, 26 yanvar, AZƏRTAC
“Bir Könüllü” Tələbə Təşkilatı, “ESTİEM LG BAKU” və “EESTEC BAKU”nun birgə təşkilatçılığı ilə fevralın 4-dən 9-dək Quba rayonunda tələbələrin qış düşərgəsi – “TechWinter Camp 2026” təşkil ediləcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, düşərgənin əsas məqsədi tələbələr arasında IT sahəsinə marağı artırmaq, onları müasir texnologiyalar və süni intellektin tətbiq sahələri barədə məlumatlandırmaq, eyni zamanda yaz tətili dövründə proqramlaşdırma və texnoloji biliklərini gücləndirməkdir.
Müraciətlər yanvarın 29-dək qəbul ediləcək.
Düşərgədə informasiya texnologiyaları, kompüter elmləri və digər texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:52]
Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir
- 12.11.2026 [16:56]
AzTU-ya yeni qəbul olunan əcnəbi tələbələrlə görüş olub
- 12.11.2026 [16:39]
Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixi üçün yeni elmi mənbə
- 12.11.2026 [16:02]
Azərbaycanın Corc Vaşinqton Universiteti ilə təhsil tərəfdaşlığı genişlənir
- 12.11.2026 [15:48]