Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təbiət evimizdir…

Bakı, 13 may, G.Mahmudlu, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji turizmin mediada təbliğinə həsr olunan “Təbiət evimizdir” layihəsi çərçivəsində Şirvan Milli Parkına mediatur təşkil edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova tur zamanı layihənin məqsədi haqqında məlumat verib. Bildirib ki, məqsəd kütləvi informasiya vasitələri və turizm şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin, təbiətimizin rəngarəngliyinin həm ölkə daxilində, həm də xaricdə tanıdılması, ziyarətçilərin “Təbiət evimizdir” və ya “Azərbaycan təbiətinə heyranam” şüarı altında daha təfsilatlı maarifləndirilməsi, ətraf mühitin və təbiət ərazilərinin hamılıqla qorunmalı olmasının təbliği, ekoturizmin inkişafına nail olmaq üçün xüsusi mühafizə olunan təbiət ərazilərinə qaydalar çərçivəsində turistlərin cəlb edilməsindən ibarətdir.

Sonra milli parkın direktoru Füzuli Məmmədov xüsusi mühafizə olunan təbiət ərazisi haqqında media nümayəndələrinə məlumat verib. O deyib: “Şirvan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yaradılıb. Kür-Araz ovalığının Cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 63960,5 hektarında Şirvan Milli Parkı, 4657 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.

Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Burada Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir. Milli parkın əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması-düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir”.

Onun sözlərinə görə, landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.

Məməlilər faunası içərisində ceyran-dünyada az yayılmış növ hesab edilir. Belə ki, onun əsas yayıldığı sahələr Azərbaycan, Ön, Orta və Mərkəzi Asiyadır. Respublikamızın ərazisi bu heyvanın nisbətən çox yaşadığı areal hesab olunur. Lakin son 50-60 ildə antropogen fəaliyyətin genişlənməsi onların ekoloji tarazlığını pozmuş və nəslinin kəsilməsi təhlükəsini yaratmışdır. Bu heyvanın bizim ərazidə məskunlaşma tarixi çox qədim dövrlərə təsadüf edir.

“Milli parkın ərazisində 230 növ su quşu, 82 bitki növü, 7 minə yaxın ceyran, 17 növ sürünən heyvan var. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı kitab”ına, 10-u ancaq “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na, 10-u isə hər ikisinə daxil edilib. Quşların miqrasiyası və qışlama dövründə yaşılbaş ördəklərə, bəzgəklərə, fitçi cürəyə, boz ördəyə, bizquyruğa, cırıldayan cürəyə, enliburun ördəyə, flaminqoya, fısıldayan quya, qaşqaldağa, qutanlara, qarabattaqlara, qağayılara, bekaslara və s. rast gəlinir. Buraya Avropa ölkələrinin demək olar ki, hamısından, Afrikadan, Avstraliyadan qışlamaq üçün quşlar gəlir. Sultan toyuğu, turac milli parkın daimi sakinləridir.

Burada tülkü, çaqqal, ərəb dovşanı, canavar, qamış pişiyi, çöl pişiyi, safsar, yarasalar, porsuq, gəlincik, çöl donuzu, Xəzər suitisi və müxtəlif gəmirici növlərinə rast gəlmək olar.

Milli parkda mühafizə olunan növlərdən ceyran, qamışlıq pişiyi, çaqqal, bəzgək Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib”,- deyə Milli parkın direktoru vurğulayıb.

Milli parkın ərazisində tarixi yerlərin mövcud olduğunu söyləyən Füzuli Məmmədov deyib ki, Bəndovan dağı və palçıq vulkanı, Qızılqaz gölü, Yulğun piri belə ərazilərə aiddir. Bəndovan orta əsrlərə aid yaşayış məskəni olub. Sahildə və su altında 100-200 metrlikdə aparılmış arxeoloji tədqiqatlar zamanı burada dulus kürələri, orijinal şirli və şirsiz qablar, şüşə bəzək əşyaları, əmək alətləri və sikkələr tapılıb. Ehtimal olunur ki, bu sahil şəhəri təkcə Xəzərin yüksələn səviyyəsi ilə deyil, vulkan püskürməsinin təsirindən də məhv ola bilər. Quştəsfi şəhəri də vaxtilə mövcud olan ərazilərdən biridir. Bəndovan dağı isə milli parkdakı yeganə palçıq vulkanıdır.

Milli parkın direktoru milli parkda canavarların sayının çoxaldığını və sayının tənzimlənməsi üçün addımlar atılacağını qeyd edib.

Media nümayəndələri milli parkın ərazisində təşkil edilmiş Ekoturizm Mərkəzi ilə də tanış olublar. Mərkəzdə Bəndovan şəhərinə aid tapıntılar da nümayiş olunur. Burada turistlərin milli parkda yaşayan quşlar və heyvanlar haqqında məlumat alması üçün televizor da quraşdırılıb. Bunda əlavə, xüsusi mühafizə olunan təbiət ərazisini ziyarətə gələn balacalar da yaddan çıxarılmayıb, onlar üçün xüsusi əyləncə də təşkil edilib.

F.Məmmədov milli parkın ərazisində 11 marşrutun olduğunu da media nümayəndələrinin diqqətinə çatdırıb və onlar haqqında məlumat verib. Daha sonra jurnalistlər 11 kilometr uzaqda yerləşən Qızılqaz gölünə səfər ediblər.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə Şirvan Milli Parkının Avropanın ən çox ceyran məkanı olduğunu deyib: “Ərazinin xüsusi mühafizə rejimində olması ceyranların burada artımına imkan yaradır. Bu bizə imkan verir ki, onların sayını artıraq və tarixi ərazilərinə köçürək. Yeddi il ərzində 171 baş ceyran buradan Ağcabədi, Qobustan, Goranboy rayonlarına, Abşeron Milli Parkına, Qax-Acınohur düzünə köçürülüb. Bu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ərsəyə gətirilən layihə çərçivəsində həyata keçirilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu layihəni Qafqaz regionunda ən uğurlu hesab edir. Layihənin icrası davam etdiriləcək”.

Nazirlik rəsmisi həm yerli, həm də turistlərin buraya marağının kifayət qədər olduğunu və onların məkana baş çəkməsi və məlumatlandırılması üçün şərait yaradıldığını söyləyib. O, bildirib ki, ötən il milli parka 1800 turist səfər edib. Bu ilin mayına qədər isə ziyarət edən turistlərin sayı 440 nəfərdir.

Direktor müavini milli parkı ziyarət etməyin xüsusilə yaz və payız aylarında daha maraqlı olduğunu da diqqətə çatdırıb.

Təbiətə zərər vurmadan həm onun gözəlliklərindən faydalanmaq, həm də qoynunda dincəlmək olar. Kiçikdən-böyüyə hər kəsin maariflənməsi və asudə vaxtını xoş keçirməsi üçün milli parklarda hər cür şərait yaradılıb. Yetər ki, qaydalara əməl olunsun və ətraf mühitin komponentlərinə ziyan vurulmasın.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi təbiətlə canlı ünsiyyətə və xoş rəftara dəvət edir...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA