Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi Zəfərin memarı

Tarixi Zəfərin memarı

Bütün dünyanı heyrətə gətirmiş 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən üç il ötür

 

Bakı, 7 noyabr, AZƏRTAC

Ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Mehman Süleymanov “Tarixi Zəfərin memarı” adlı araşdırma məqaləsi yazıb.

AZƏRTAC üçün məxsusi yazılan məqaləni təqdim edirik:

Bütün dünyanın heyrət və heyranlığına çevrilmiş 44 günlük Vətən müharibəsindəki şanlı Qələbənin əldə olunmasından üç il ötür. Üç il əvvəl Azərbaycan xalqı, onun Ordusu respublika Prezidentinin əmri və çağırışı ilə ayağa qalxıb öz gücünü və iradəsini, nəyə qadir olduğunu 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan və bu işğalın əbədiliyinə şübhə etməyən erməni faşizminə nümayiş etdirdi, haqq mübarizəsinə səfərbər olaraq öz qətiyyətini ortaya qoydu. İşğalın əbədiləşdirilməsinə hesablanmış növbəti erməni təxribatı dünya erməniliyinin, erməni faşizminin və belə düşüncəyə havadarlıq edən qüvvələrin belinin qırılmasına yol açan mübarizəyə çevrildi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın bir sıra yaşayış məntəqələrini, habelə müdafiə mövqelərini atəşə tutdular. Atəşkəsin genişmiqyaslı pozulması və yeni erməni silahlı təxribatının baş verməsi haqqında məlumat alan kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dərhal müdafiə nazirinə, digər səlahiyyətli şəxslərə bu hərbi təxribatın qarşısının alınması üçün müvafiq göstəriş verdi. Nəticədə, Azərbaycanın müdafiə qüvvələrinin Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması üçün əks-hücum əməliyyatları başladı.

Əks-hücum əməliyyatları Vətən müharibəsinə çevrildi

Elə həmin gün də Prezident, Ali Baş Komandan İlham Əliyev baş vermiş hadisə ilə bağlı radio və televiziya ilə Azərbaycan xalqına müraciət etdi. Dövlətimizin başçısı İlham Əliyev bəyan etdi ki, qarşıda dayanan vəzifə yalnız erməni hərbi qüvvələrinin təxribatlarının qarşısının alınması deyil, bütün cəbhə boyu əks-hücuma keçməklə işğal altında qalan Azərbaycan ərazilərinin azad olunmasıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı qətiyyətlə bildirirdi ki, Azərbaycan münaqişənin yarımçıq həlli ilə barışmayacaq, ərazilərin kimsəyə verilməsi və ərazimizdə ikinci erməni dövlətinin yaradılması ilə heç vaxt barışmayacaq. Belə vəzifənin yerinə yetirilməsi üçün Prezident İlham Əliyev Azərbaycan xalqına və Ordusuna güvəndiyini də vurğuladı. O qeyd etdi ki, başlanan mübarizə haqq mübarizəsidir, bu məsələdə Azərbaycan vətəndaşları dövlətimizin və Silahlı Qüvvələrimizin yanındadır.

Düşmən ordusunun hərbi təxribatlarına qarşı başlanan döyüşlər ilk vaxtlar əks-hücum əməliyyatları adlandırılırdı. Lakin qarşıya qoyulan vəzifələrin miqyasına, hərbi-strateji dəyərinə, həmin vəzifələrin yerinə yetirilməsi üçün cəlb edilən hərbi qüvvələrin sayına, bu istiqamətdə görülən işlərin ümummilli əhəmiyyətinə görə aparılan hərbi əməliyyatlara yeni mövqedən yanaşıldı. 2020-ci il sentyabrın 30-da Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunun yaralı hərbi qulluqçularla görüşdə Ali Baş Komandan İlham Əliyev həmin döyüşləri “Vətən uğrunda gedən döyüşlər” kimi xarakterizə etdi. 2020-ci il oktyabrın 26-da isə xalqa müraciətində dövlətimizin başçısı İlham Əliyev Ermənistanın işğalçılığına qarşı aparılan savaşı “Vətən müharibəsi” adlandırdı.

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” ifadəsi Azərbaycanın milli mübarizəsinin şüarı oldu

Strateji hədəflərin aydınlığı, həmin hədəflər çərçivəsində bölmə və qüvvələrin konkret vəzifələrinin müəyyənləşdirilməsi, qarşılıqlı əlaqələrin səmərəli nizamlanması, döyüşçülərimizin sonsuz şücaəti, Ali Baş Komandanımızın isə qətiyyəti ona gətirib çıxardı ki, Azərbaycan Ordusu hər gün irəli getdi və yeni ərazilər işğaldan azad edildi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə cəmi ay yarım davam edən Vətən müharibəsində Ermənistana, faşist xislətli erməni-millətçi qüvvələrinə ağır zərbə vuruldu. Düşmən ordusu məhv edildi, Ermənistan dövlətçiliyi isə çox dərin böhranla qarşılaşdı. Bu məsələyə toxunan dövlət başçısı demişdi: “Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi” .

2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri, oktyabrın 9-da Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli şəhəri, oktyabrın 18-də Araz çayı üzərindəki tarixi Xudafərin körpüsü, oktyabrın 21-də Zəngilan şəhəri, oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi erməni işğalından azad edildi. Bundan dörd gün sonra Qubadlı şəhəri və nəhayət, noyabrın 8-də Şuşa şəhəri düşmən tapdağından təmizləndi. Bu zəfərlərin hər biri böyük sevinclə qələbə xəbərlərini gözləyən Azərbaycan xalqına şəxsən Ali Baş Komandan İlham Əliyev tərəfindən çatdırıldı.

Prezident İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır” ifadəsi Azərbaycanın milli mübarizəsinin şüarına çevrildi. Bütün xalqı öz ətrafında birləşdirdi və sonda bu diyarın azad olunmasını təmin etdi. Bununla bağlı dövlət başçısı deyib: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

Ali Baş Komandanımız Vətən müharibəsində qazanılan böyük Qələbənin memarıdır

2020-ci il dekabrın 1-də Ağdam rayonunun erməni işğalından azad olması ilə bağlı xalqa etdiyi müraciətində Ali Baş Komandan İlham Əliyev bu fikirləri səsləndirdi: “Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”. Heç şübhəsiz ki, əldə edilən bu böyük Zəfər həm də hər bir azərbaycanlının xoşbəxt anlarının və qürurunun təcəssümüdür. Həmin anların və qürurun memarı isə müstəqilliyi daimi, əbədi və dönməz olacaq Azərbaycanın tarixində özünə əbədiyyət qazanmış Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ savaşı dövründə yalnız Ordunun deyil, həm də informasiya və diplomatiya sahəsində aparılan müharibənin baş komandanı idi. Bu müharibənin gizli qalan məqamları olsa da, bütün xalqın gözü qarşısında cərəyan edən səhnələri də mövcuddur. Haqqı ayaq altına alıb haqsızlığın müdafiəsinə qalxmış beynəlxalq media nəhənglərinə qarşı İlham Əliyevin təmkinli, tutarlı, əsaslandırılmış cavabları Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurları tamamladı, xalqımıza tarixi və şanlı Zəfəri qazandırdı. Nəticədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinin həyata keçməsinin sevincini bütün xalqla bölüşən Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində əldə edilən böyük Qələbənin memarına çevrildi.

İşğal altında qalmış və erməni vəhşiliklərinin şahidi olmuş bütün ərazilərdə hazırda sürətlə davam edən qurub-yaratmaq işləri bütün dünyanın gözü qarşısında yeni Azərbaycan möcüzəsinə çevrilməkdədir. Bu möcüzə 2023-cü il sentyabrın 19-20-də böyük uğurla həyata keçirilmiş lokal antiterror tədbirləri ilə daha da tamamlandı, Azərbaycanın suverenliyi tam bərpa edildi və bununla ölkəmiz tarixinin yeni dövrünə daxil oldu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO