Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt: təhsil seqmentində yeni söz

Sumqayıt, 27 iyul (AZƏRTAC). ”Mən fəhlə olardım! Qoy məni öyrətsinlər...”.

Vladimir Mayakovskinin XX əsrin əvvəlində yazdığı bu misralar indi yenidən aktuallaşır. Ölkədə ən müxtəlif ixtisaslar üzrə fəhlə kadrlarının çatışmaması getdikcə daha kəskin hiss olunur. Təhsil sistemində hüquqşünas və iqtisadçılar, müxtəlif menecerlər və digər ofis klerkləri hazırlanmasına maraq artmış, maddi nemətlər yaradan peşələri isə unutmuşlar. Peşələr “piramidası” tərsinə çevrilmişdir. Ali məktəb məzunları tələbat olmayan kadrlar dəstəsini genişləndirir, işəgötürənlər isə normal çilingər, bacarıqlı dülgər, ixtisaslı qaynaqçı və krançı tapmaq məsələsində bəzən çətinə düşürlər...

Müasir əmək bazarı fəhlə peşələri üçün geniş imkanlar təqdim edir. Statistika hər şeyi aydın göstərir: bu gün mövcud vakansiyaların 80 faizi orta texniki təhsilli mütəxəssislər üçün nəzərdə tutulmuşdur. İqtisadi yüksəliş dalğasında yenidən dirçəlmiş onlarca müəssisədə yeni şəraitdə işləməyi bacaran fəhlələrin yolunu intizarla gözləyirlər.

Dövlətimizin yeni sənaye siyasəti Azərbaycanın ənənəvi iqtisadi ukladında əsl dönüş - sənaye-texnoloji əsasa keçidi nəzərdə tutur. Ölkəmizin sənayesində kadrlara tələbat kəskin hiss olunan ixtisaslı fəhlə kadrların hazırlanması məsələsi böyük əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı İlham Əliyevin respublikada orta peşə təhsili sahəsində vəziyyəti kökündən dəyişməyə yönəlmiş sərəncamı bu sistemin inkişafına yeni təkan vermişdir. İyul ayının əvvəlində Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim-Təhsil Mərkəzinin (TTM) açılması bu işdə, necə deyərlər, ilk qaranquş olmuşdur. Ən yeni texnika ilə təchiz olunmuş bu müasir mərkəz “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu bazasında yaradılmışdır.

Heç də təəccüblü deyildir ki, bu mühüm məsələnin həllində birincilik dünyada ən iri neft şirkətlərindən birinə - ARDNŞ-ə məxsusdur. Respublika Dövlət Neft Şirkəti ixtisaslı gənc kadrların hazırlanmasına yönəlmiş inteqrasiya layihələrini fəal həyata keçirir, Sumqayıtda yaradılmış təlim-təhsil mərkəzi isə təhsilin bu seqmentində yeni sözdür.

Pilot layihəsinin ünvanı kimi Sumqayıtın seçilməsi də təsadüfi deyildir. Ölkəmizin hər bur regionu özünəməxsus sosial-iqtisadi “dəst-xətti” ilə seçilir. Coğrafiya xəritəsində adı 63 il bundan əvvəl yaranmış, nümunəvi sosialist şəhəri formatında layihələndirilmiş və tikilmiş Sumqayıt zəhmətkeşlərin müasir şəhər haqqında arzularının təcəssümü olmuşdur. Respublikanın kimya və metallurgiya sənayesinin salnaməsi məhz burada başlanmışdır.

Bu gün Sumqayıt ikinci gənclik dövrünü yaşayır. Sənaye-innovasiya inkişafının keyfiyyətcə yeni pilləsində olan bu şəhərdə real imkanlara və göstəricilərə əsaslanan bir sıra geniş miqyaslı layihələr uğurla həyata keçirilir. Yeni nəslə mənsub nadir istehsalatlar, elm tutumlu istehsal güclərinin geniş spektri Sumqayıtın ən yeni sənayeləşmə dövrünün başlanmasına dəlalət edir.

Ən müasir istehsalat kompleksi - Sumqayıt Texnoloji Parkı, “Azgüntex” günəş panelləri və diod lampalar zavodu, digər müəssisələr sumqayıtlıların qürur mənbəyi, xarici ölkələrin rəsmi nümayəndə heyətlərinin, əcnəbi sahibkarların “ziyarət yerinə” çevrilmişdir. Bu qonaqlar ölkəmizin təcrübəsini böyük maraqla öyrənirlər. Müasir yüksək texnoloji istehsalatların yaradılması Azərbaycanın sənaye turizmi marşrutunun “kompas”ını Sumqayıta yönəltməyə imkan vermişdir.

Yaxın gələcəkdə ölkədə ilk kimya sənayesi parkı yaradılacaqdır. Əsas məqsəd “lövbər” tipli bu iri layihə ətrafında servis xidmətləri göstərilməsinə, dəstləşdirmə və ya əlavə mallar istehsalına istiqamətlənmiş kiçik və orta biznes müəssisələri zolağı yaratmaqdır.

Yeni şlüzlər açan layihənin çoxölçülü effekti aşkar və aktualdır. Bu multiplikativ effekt məşğulluğun və gəlirlərin sürətlə artmasına xeyli kömək edəcəkdir. Mübaliğəsiz deyə bilərik ki, kimya sənayesi parkı ölkəmizin neft-kimya sənayesi tarixinə yeni bir səhifə yazacaqdır.

Son vaxtlar həyatın qaynadığı - yeni idman və mədəni ənənələr yaranan şəhərin siması bu dəyişikliklər kaleydoskopunda ayrıca yer tutur. Nəzərəçarpacaq dərəcədə dəyişən sürətlə inkişaf edən, sakinlərin öz imkanlarını reallaşdırmasına şərait yaradan Sumqayıt kreativ şəhər imici qazanır. Bir sözlə, Sumqayıtın sənaye panoramı dəyişdikcə onun həyat tərzi də dəyişir.

Sumqayıtda baş verən müsbət dəyişikliklər sırasında parlaq bir ulduz var. Bu, şəhərdə fəhlə kadrlar yetişdirməsi üçün yaradılmış yeni tipli təlim-təhsil mərkəzidir. Mərkəzin açılması sözün həqiqi mənasında əlamətdar hadisə olmuşdur. İlk növbədə mühüm bir sosial məsələ - yeni nəslə aid texnoloji qurğularda müxtəlif əməliyyatları yerinə yetirməyi bacaran fəhlə dəstəsi hazırlamaq məsələsi həll edilmişdir.

Bu baxımdan, Sumqayıt TTM müasir avadanlıqla təchiz edilmiş mühəndis mərkəzidir. Burada Avropa texnologiyaları və idarəetmə proqramları, qazanılmış bilik və vərdişlərin əməli işdə sınaqdan keçirilməsi üçün baza müəssisəsi, bir sıra başqa imkanlar vardır. Proqramda tətbiq edilmiş regional komponent yerli istehsalatların spesifikasını nəzərə almaqla məhz işə götürənin tələb etdiyi peşələri öyrədəcəkdir.

Məlumdur ki, cəlbedicilik hər bir təklifin özəyidir. Müasir dünyada yalnız cəlbedici olana tələbat vardır. Buna görə də elə etmək lazımdır ki, fəhlə peşəsi cəmiyyətdə hörmət və cəlbedicilik obyekti, TTM yaradılması kimi mühüm missiyanın həyata keçirilməsində bünövrə olsun. Kimyaçılar öz təkliflərinin cəlbedici olması, gəncləri maraqlandıra bilməsi üçün nə lazımdırsa etmişlər.

Sumqayıt TTM-də geniş hollar, İnternet şəbəkəsinə qoşulmuş kompyuterlərlə təchiz olunmuş sinif otaqları, gözəl laboratoriyalar və emalatxanalar, kitabxana və oxu zalı, linqafon kabineti, geniş yeməkxana, işıqlı və rahat otaqlar görərsiniz. Burada hətta fasilə vaxtı istirahət yeri də nəzərdə tutulmuşdur: mərkəzin içəri həyətində rahat talvarları olan guşə yaradılmışdır. Sumqayıtın neft-kimya müəssisələrində fədakarcasına çalışmış, bu sahənin inkişafına layiqli töhfə vermiş qabaqcıl kimyaçıların portretlərinin foto-qalereyası Mərkəzin ikinci mərtəbəsində dəhlizdə yerləşir. Bu da əsas məqsədə nail olmağa şərait yaradır.

Mərkəzin müdavimlərinin pulsuz oxuması və qidalanması, onlara təqaüd verilməsi çox mühüm prinsipdir. Bütün bunlar peşə hazırlığının kütləvi əlyetərli olmasına, hər bir insanın onu dolandıra biləcək peşəyə yiyələnməsinə imkan verir. İnanırıq ki, bu halda abituriyentlərin üstünlük verdiyi ixtisasların vektoru hökmən dəyişəcəkdir. Onların peşə seçimi marşrutu yəqin ki, orta peşə təhsili müəssisəsindən keçəcəkdir.

Təşkilatçılar əmindirlər ki, ayrı-ayrı peşələr üzrə ixtisaslaşdırılmış, müasir avadanlıqlar, dəzgahlar, alət və ləvazimatlar, əyani vəsaitlərlə təchiz olunmuş dərs otaqları fəhlə peşələri: aparatçı, çilingər, tokar, maşinist, elektrik montyoru, neft-kimya sənayesi və iqtisadiyyatın digər sahələri üçün başqa mütəxəssislər hazırlanmasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

Bu yaxınlarda “bp Azerbaijan” şirkətinin nümayəndələri Sumqayıt təlim-təhsil mərkəzində olmuşlar. Kadrlar hazırlığı sahəsində qabaqcıl təcrübəyə malik olan bu nümayəndələr Sumqayıt mərkəzində təklif edilən ixtisasların yüksək səviyyəsi və geniş spektri ilə tanış olduqdan sonra sözün yaxşı mənasında heyrətlənmişlər. Mərkəzin strukturunda müasir əmək bazarının tələblərinə uyğun peşəkar kadrların uğurla hazırlanması üçün hər cür şərait vardır. “bp Azerbaijan” şirkətinin top-menecerləri respublikanın heç yerində buna oxşar mərkəz görmədiklərini səmimi etiraf etmişlər.

İnsan bir işi ürəklə, ağılla görəndə bu iş həqiqətən uğurlu olur. Yeni layihənin cövhəri bu ideyanın ruhundadır - məqsəd sadəcə say xatirinə yeni bir tədris müəssisəsi açmaq deyil, fəhlənin statusunu yüksəltməyə qabil olan, fəhlə peşəsinin nüfuzunu artıra bilən platforma yaratmaqdır. Elə etmək lazımdır ki, insan qürurla deyə bilsin: “Mən fəhləyəm!”.

Buna görə də layihə hələ “rüşeym halında” olarkən onun yaradıcıları informasiya-reklam işi aparmağa başlamışlar. “Azərikimya” istehsalat birliyinin rəhbərlərindən biri ilk dəfə hələ keçən il Sumqayıtın orta məktəblərinin direktorları ilə görüşmüşdür. Yadımdadır, o vaxt orta təhsilin “şturmanları” bu ideyaya şübhə ilə yanaşır, onun həyata keçəcəyinə inanmırdılar. Onlar şəxsi söhbətlərdə deyirdilər: “Çox gözəl ideyadır, lakin onun qısa müddətdə həyata keçirilməsi ağlabatmazdır”.

... Kimyaçılar isə mərkəzin yaradılması üzərində işi səylə davam etdirirdilər. Onlar həmməsləklərinin əhatə dairəsini genişləndirir, gənclərin diqqətini istehsala cəlb etməyin yeni üsulları barədə düşünürdülər. Bununla paralel olaraq ictimaiyyət arasında təbliğat aparılır, insanlara izah edilirdi ki, həyatda yaxşı mövqe tutmaq üçün ali məktəb bitirmək heç də zəruri deyil. Bu gün cəmiyyətdə belə bir yanlış təsəvvür yayılmışdır ki, guya ali təhsili olan adamın işləri uğurla gedir. Əslində isə istənilən səviyyəli mütəxəssislərin tələbatdan artıq olması əmək bazarında müəyyən gərginlik yaradır. Buna görə diplomlu mütəxəssislər heç də həmişə öz ambisiyalı planlarını reallaşdıra bilmirlər, amma yaxşı sənətkarın həmişə sifarişçisi olur, ona tələbat var və o, öz fəaliyyət xəttini cəsarətlə həyata keçirə bilər.

Təqdirəlayiq haldır ki, bu layihənin ideologiyası onun maddi tərkib hissəsinə uyğun olmuşdur. Mərkəz yaradıldığı müddətdən maksimum səmərəli istifadə edilmişdir. Bu Mərkəzin potensial müdavimlərinin şüuruna çatdırmaq lazım idi ki, mobil robot texnikasını və ya nanoqaynaq işini öyrədən yaşıdları təyinatı o qədər də aydın olmayan ali məktəbin pullu fakültələrinin birində orta menecment “elminin qranit təməlini mənimsəyən” gənclərlə müqayisədə daha dərin təfəkkürə malikdirlər.

Poladəridənin ərimiş metalı əl ilə qarışdırdığı vaxtlar keçmişdə qalmışdır. İndi o, kompyuter arxasında əyləşir və mürəkkəb texnologiyalar vasitəsilə qaynaq prosesini tənzimləyir. Eyni sözləri başqa fəhlə peşələrinə də aid etmək olar. Bəli, bu gün fəhlələrə çox yüksək tələblər təqdim edilir: onlar texniki innovasiyalardan, elektronikadan baş çıxarmağı bacarmalıdırlar, axı bu gün demək olar ki, bütün dəzgahlar elektronikaya əsaslanırlar.

Bu baxımdan gənclərə izah etmək lazımdır ki, müasir fəhlənin əməyinə tələbat var, bu peşə cəlbedicidir və layiqincə ödənilir.

... Budur, Mərkəzdə sənəd qəbulu başa çatmışdır. Yeri gəlmişkən, bu iş tamamilə elektron formatda həyata keçirilmişdir. ARDNŞ-in Təlim, Təhsil və Sertifikatlaşdırma Departamentinin məlumatına görə 100 yerə 286 ərizə verilmişdir. Bu statistika hamını sevindirir. Deməli, bizim cəmiyyətdə başa düşürlər ki, ilk növbədə bu gün əmək bazarında tələbat olan ixtisasları öyrənmək lazımdır. Bir məqam da diqqəti cəlb edir ki, bu mərkəzdə oxumaq arzusunu bildirən gənclərin çoxunun hazırlıq səviyyəsi heç də pis deyil, onlar yaxşı başa düşürlər ki, indiki vaxtda ölkəmizdə məhz ən mürəkkəb müasir texnika ilə işləməyi bacaran ixtisaslı fəhlələrə daha çox tələbat vardır. Deməli, təşkilatçılar öz məqsədlərinə çatmışlar.

Qəbul şərtlərinə görə, Mərkəzə yalnız Sumqayıtda və Abşeron rayonunda yaşayan şəxslərdən, habelə burada məskunlaşmış məcburi köçkünlərdən ərizə qəbul edilmişdir. Onlar test imtahanı verməlidirlər. Bundan əlavə, fəhlə peşələrinin spesifikası nəzərə alınmaqla gənclər tibbi müayinədən keçəcəklər.

Sınaqlardan uğurla çıxmış 100 nəfər bu mərkəzin ilk müdavimləri olacaqdır. Vaxt sürətlə keçir. Tornaçı olmaq istəyənlər 6 ay, digər 6 peşə üzrə oxuyanlar isə 10 ay təhsil alacaqlar. Təhsili uğurla başa vuranlara sertifikatlar veriləcək, onlar yüksək məvacibli iş ilə təmin olunacaqlar. Nəticədə təkcə kimyaçılar deyil, bütün şəhər ixtisaslı kadrlar qazanacaqdır. Bu gəncləri əlavə öyrətməyə, yaxud təzədən öyrətməyə ehtiyac olmayacaq, onlar işin spesifikasını bilirlər və elə ilk gündən bilavasitə istehsalatda işləyə biləcəklər.

Gənclərin bu seçimi qanunauyğundur. Onlar sadəcə olaraq oxumaq üçün haraya getmək lazım olduğunu bilirdilər, buna görə də konyunkturu öyrənərək düzgün seçim etmişlər.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin büstünün yanında həkk edilmiş, ulu öndərin Sumqayıt sakinlərinə müraciətindən sitat gətirilən sözləri xatırlatmaq yerinə düşər: “Sumqayıtın inkişafına hər kəs öz töhfəsini verməlidir!”.

Bu sözlər indi də quruculuğa və tərəqqiyə çağırış kimi səslənir.

Sumqayıt Təlim-Təhsil Mərkəzinin açılması belə ümid etməyə əsas verir ki, fəhlə kadrların peşə hazırlığı sistemi inkişaf edib təkmilləşdikcə Azərbaycan iqtisadiyyatının transformasiyasının mühüm vəsiləsinə çevriləcəkdir.

Yaxın gələcəkdə müasir gənclər fəhlə peşəsini seçdiklərinə görə fəxr edəcəklər, çünki insanın sevdiyi iş ilə məşğul olması, cəmiyyətdə ona ehtiyac olduğunu, özünün əhəmiyyətini dərk etməsi hər şeydən vacibdir. Vaxt gələcək, Sumqayıtda “Mən fəhləyəm!” sözləri qürurla səslənəcəkdir.

Ətrabə Rzayeva

AZƏRTAC-ın müxbiri

Sumqayıt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aktauda Zəfər Günü qeyd olunub

Vəli Quliyev: Saatlıq minimum əməkhaqqı sistemi ilkin mərhələdə aqrar sahəni əhatə edəcək

Zahid Oruc: Peşə seçimi zamanı gənclərin qarşısında geniş imkanlar açılmalıdır

Gələn il dövlət büdcəsindən 1,1 milyard manat icbari tibbi sığortaya yönəldiləcək

Fransada hökumət etirazçıların tələblərini nəzərə almaq məcburiyyətində qalıb, aksiyaların isə davam edəcəyi bildirilib

İyirmi dörd il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb

Vətən müharibəsinin iştirakçısı olmuş futbolçu: Hər il bu günlərdə insan öz ölkəsi və xalqı ilə qürur duyur

Səməd Seyidov: Diplomatların əməkhaqlarının artırılması tendensiyası 2027-ci ildə də davam edəcək

Leyla Ağamalova: “AIREX 2026” Azərbaycanın qeyri-neft sektorunun inkişaf potensialını nümayiş etdirir

Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aparacaq

2027-ci il üzrə İcbari tibbi sığorta fondunun ümumi xərcləri 2 milyard 980 milyon manat həcmində proqnozlaşdırılır

Rəşad Mustafayev: “PeşəFest”in iştirakçı sayı ötən illə müqayisədə iki dəfə artıb

Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır – Bəyanat

Nazir müavini: Peşə təhsilinə qəbulun 70 faizi regionların payına düşür

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Nazir müavini Vətən müharibəsi iştirakçısı və qazilərlə görüşüb

Misir radiosunda Misir-Azərbaycan əlaqələrindən danışılıb

Ölkə üzrə əməkhaqqı fondu 8,5 faiz yüksəlib

Büdcə zərfində məqsədli büdcə fondlarının ləğv edilməsi nəzərdə tutulur

Naxçıvan şəhərində ağacəkmə aksiyası olub

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

® Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb

2027-ci ildə cəmi güzəşt və azadolmaların məbləğinin proqnozlaşdırılan ÜDM-in 5,4 faizinə çatması gözlənilir

Baş Prokurorluqda Zəfər Günü qeyd edilib

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi modeli tətbiq olunacaq

Milli Kitabxanada “Zəfər zalı”nın açılışı və “8 Noyabr – Zəfər Günü” adlı Elektron Məlumat Bazasının təqdimatı olub

Lotereya və mərc oyunlarına 22 faizlik alternativ vergi rejimi tətbiq ediləcək

® “AccessBank” QSC Trellix DLP üzrə tender elan edir

Şuşaya bayraq sancan qəhrəman institutun qonağı olub

AMADA Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil edib

Stolüstü tennisçilərin Avrasiya Liqası sınağı davam edir

Fransa 2027-ci ildə maliyyə böhranı və resessiya riski ilə üz-üzə qala bilər

Paraatlet: Vətən müharibəsində ən ağır xatirəm döyüş yoldaşımın şəhid olmasıdır

Azərbaycan Astanada keçirilən Əqəbə Prosesi sammitində təmsil olunur

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycanın BMT ilə əməkdaşlığı çərçivəsində əldə olunan təcrübələr diqqətə çatdırılıb

® “Leobank” “Felis 2026”da qızıl mükafat qazanıb

QDF-nin maliyyə dəstəyi ilə Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası olub

Azərbaycan millisinin qarşıdakı oyunlar üçün heyəti bəlli olub

Vüqar Gülməmmədov: Gələn il səhiyyədə rəqəmsallaşma və innovasiya layihələrinə 7,2 milyon manat ayrılacaq

Çin və Azərbaycan 4 qlobal təşəbbüs çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Anar Əliyev: Dövlət büdcəsi layihəsində əhaliyə ödənişlər üzrə nəzərdə tutulan vəsait 5 milyard 503 milyon manatdır

Səyyarə İbadullayeva: Qarabağ florasının tam öyrənilməsi əsas məqsədlərimizdəndir

Anar Əliyev: DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır

Somali nümayəndəsi: Yüksək səriştəyə malik insanların işə qəbul edilməsi vacibdir

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub YENİLƏNƏCƏK

Nazir: Gələn ilin büdcəsində altıncı sosial islahat paketi üçün maliyyə təminatı yaradılıb

Qabonlu nazir: Dövlət qulluqçuları hər bir ölkənin inkişaf prosesinin mərkəzində dayanırlar

Muxtar Nağıyev: Ulu Öndərin dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər zirvəsinə çatıb

Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb

Qazi: 44 günlük Vətən müharibəsində qarşımıza qoyulan missiyanı uğurla yerinə yetirdik

Nazir müavini: Sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 9,3 faiz yüksəlib

Sənaye zonalarında 22,6 milyard manatlıq məhsul satılıb, 7,1 milyard manatlıq məhsul ixrac edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Zəfər Gününün altıncı ildönümü münasibətilə tədbir olub

Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib

2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

Emin Mahmudov millidəki karyerasını başa vurur

“Qarabağ, sən dirçəlirsən!” – Şuşadan Zəfər Gününə töhfə VİDEO

“Qarabağ, sən dirçəlirsən!” – Şuşadan Zəfər Gününə töhfə VİDEO

Sabah hava yağıntılı olacaq

BDU Gürcüstan Universiteti ilə əməkdaşlığa başlayır

“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir

® Zəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetində silsilə tədbirlər təşkil olunub

Lu Mey: Çin və Azərbaycan arasında minatəmizləmə əməkdaşlığı qlobal təhlükəsizliyə töhfə verir

Anar Axundov: Qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7 faiz artıb

Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır

Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb

Nazir müavini: Ölkəmizdə makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir və avtomatlaşdırılır

Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb

Lesotolu nazir: Texnoloji tərəqqi dövlət xidmətlərinin səmərəliliyinin artırılmasında katalizator rolunu oynayır

Mahirə Hüseynova: Şuşanın azadlığı xalqımızın milli qürurunun və tarixi ədalətin təntənəsidir

Gürcüstanda qarın yağması ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Polina Rəhimova: Növbəti mərhələdə bizi daha güclü rəqib gözləyir

Ekspert: "AIREX 2026" sərgisi yerli tikinti sektorunun imkanlarının nümayişi baxımından mühüm platformadır VİDEO

Gələn ildən ƏDV ilə bağlı bəzi dəyişikliklər nəzərdə tutulur

Növbəti toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib

Mavritaniyalı nümayəndə: Hazırlıq olmadıqda fövqəladə vəziyyətlər daha ağır nəticələrə gətirib çıxarır

Xidmət rəisi: Aqrar sahə ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur

“Kəpəz”in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik – MÜSAHİBƏ

Karim Helal: Süni intellekt daşınmaz əmlak bazarında qərarların qəbulunu sürətləndirir VİDEO

Karim Helal: Süni intellekt daşınmaz əmlak bazarında qərarların qəbulunu sürətləndirir VİDEO

Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub

Vətən müharibəsinin xronikası: 6 noyabr

Orxan Nəzərli: Vergi siyasətinin formalaşdırılmasında biznes ictimaiyyətinin iştirakı təmin edilir

Banqladeşli nazir: Yeni texnologiya tətbiq olunmamışdan əvvəl həll edilməli problem düzgün müəyyənləşdirilməlidir

Respublikaçıların seçkilərdə məğlubiyyəti qlobal neft bazarında yeni perspektivlər yarada bilərmi?

Azad torpaqların yaşıl dirçəlişi: Botanika İnstitutunda Zəfər Gününə həsr olunmuş forum

Kamil Əliyev: “Ağıllı şəhər” konsepsiyasında vaxta qənaət mühüm amillərdən biridir VİDEO

Kamil Əliyev: “Ağıllı şəhər” konsepsiyasında vaxta qənaət mühüm amillərdən biridir VİDEO

İşıqfor işləmədikdə, bu nömrəyə zəng edin

Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi nəzərdə tutulur

Nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50 faizinin qaytarılmasının əhatə dairəsinin genişlənməsi nəzərdə tutulur

Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb

İxrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqləri tətbiq ediləcək

Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi açılıb

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Zəfər və insan kapitalı: "Yüksəliş" müsabiqəsi yeni hədəflər fonunda - MƏQALƏ