SU NASOS STANSİYALARI QURAŞDIRILIR
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən daha 6 min hektar sahənin su ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə Kür çayı üzərində yeni nasos stansiyaları tikiləcək, dren-kollektor şəbəkələrində bərpa işləri aparılacaq, suvarma kanalları və hidrotexniki qurğular inşa ediləcəkdir. Qış yataqlarındakı obaları içməli və təsərrüfat suyu ilə təmin etmək üçün 8 əraziyə su xətləri çəkiləcəkdir.