Sinqapurda parlament buraxılıb
Bakı, 15 aprel, AZƏRTAC
Sinqapur Prezidenti Tarman Şanmuqaratnam ümumi seçkilərdən əvvəl parlamentin buraxıldığını elan edib. Seçkilər üç ay ərzində keçirilməlidir və dəqiq tarixi yaxın günlərdə açıqlanacaq.
AZƏRTAC xəbər verir ki, bu seçkilər 2024-cü ilin may ayında uzun müddət Baş nazir vəzifəsində çalışan və Xalq Hərəkatı Partiyasının (XHP) lideri olan Li Syan Lununu əvəz edən Lourens Vonq üçün ilk seçki sınağı olacaq.
“Reuters” agentliyi yazır ki, XHP 1965-ci ildə müstəqillik əldə ediləndən bəri bütün seçkilərdə olduğu kimi bu dəfə də yəqin ki, üstünlük qazanaraq parlamentdə yer çoxluğu əldə edəcək.
Seçkilər ümumilikdə qaranlıq iqtisadi perspektivlər şəraitində keçiriləcək. Belə ki, ABŞ Prezidenti Donald Trampın tarifləri ticarətdən asılı olan bu ölkədə iqtisadi fəallığı zəiflədə bilər.
Qarşıdan gələn seçkilərdə 2020-ci ildə keçirilən son səsvermə ilə müqayisədə dörd yer artıq olacaq, yəni 15 birmandatlı seçki dairəsindən və hər birində 4 və ya 5 üzv olan 18 çoxmandatlı dairədən 97 qanunverici seçiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]