Sinoptiklər xəbərdarlıq edirlər...
Bakı, 23 oktyabr, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.
Respublikanın bölgələrində oktyabrın 24-ü gündüz və 25-də cənub-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Yağıntının gündüz ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı bildirilir. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 20-25° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]