Sinoptiklər xəbərdarlıq edir...
Bakı, 27 aprel, AZƏRTAC
Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.
Aprelin 28-i axşam qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında aprelin 30-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]