Sergey Lavrov Marko Rubio ilə görüşəcək
Moskva, 22 iyul, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio ilə görüşəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, o, bunu Filippində ASEAN xətti ilə keçirilən tədbirlərdən sonra deyib.
“Görüş artıq razılaşdırılıb. Dünən qəbulda Marko Rubio ilə qısa vaxt ərzində ünsiyyət qura bildik və görüşün sabah günün birinci yarısında keçiriləcəyini təsdiqlədik. Ümid edirəm ki, təəssüratlarımız barədə sizi hər hansı bir şəkildə məlumatlandırmaq imkanımız olacaq”, - deyə S.Lavrov vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [18:03]
Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb
- 11.11.2026 [16:03]