Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səngərdən-səngərə

Bakı, 19 sentyabr, AZƏRTAC

Hərbçi olmaq, ordu sıralarında qulluq etmək onun uşaqlıq arzusu idi. Məhəllə uşaqları ilə həmişə “dava-dava” oynayar, taxta, oyuncaq silahlarla “düşmənləri” hədəfə almaqdan yorulmazdı. O vaxt kimin ağlına gələrdi ki, Nurəddinin bu sevgisi onun həyat yolunu müəyyənləşdirəcək, gerçəkdən də bir səngər başqa biri ilə əvəz olunacaq...

AZƏRTAC xəbər verir ki, Nurəddin Akif oğlu Rəsulov 1991-ci il oktyabrın 31-də Füzuli şəhərində anadan olub. Doğma yurdu ermənilər tərəfindən işğal ediləndə onun hələ 2 yaşı tamam olmamışdı. O, ailə üzvləri ilə birlikdə doğulduğu ata yurdunu tərk edib, Beyləqan rayonunun Mil qəsəbəsinə pənah aparıb. Orta təhsilini də həmin rayonda İlham Quliyev adına tam orta məktəbdə alıb.

Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hələ uşaqlıqdan onları öz ata-baba ocağından didərgin salan ermənilərdən qisas almaq arzusu ilə yaşayırdı.

2010-cu ildə Nurəddin hərbi xidmətini başa vursa da, Milli Ordu sıralarında hərbi qulluqçu kimi xidmətini davam etdirib. Xidməti dövründə hərbi hissədə komandirlərinin hörmətini qazanıb. Onun həyatının səngərdə keçdiyini desək, yəqin ki, heç bir mübaliğəyə yol vermərik.

O, ilk dəfə 2016-cı ilin Aprel döyüşləri vaxtı səngərə atılıb. Erməni quldur birləşmələrinin Ordumuza qarşı təxribatının qarşısının alınmasında və Lələtəpə yüksəkliyinin azad olunmasında iştirak edib. Bu, onun Vətən qarşısında ilk çətin sınağı idi. Doğrudur, ilk sınaq cəmi bir neçə gün çəkdi, amma daha çətin və ağır imtahan hələ qarşıda idi. Onu irəlidə yeni səngərlər gözləyirdi.

44 günlük Vətən müharibəsi... Həmin müharibədən əvvəl də hər bir azərbaycanlının qəlbində Vətən sevgisi, torpağa bağlılıq hissləri mövcud idi. Ancaq dörd il əvvəl sentyabrın 27-də müharibə başlananda bütün ürəklərə bir ruh hakim kəsilmişdi. Gənc, yaşlı, kişi, qadın – hər kəs torpaq uğrunda mübarizəyə qalxmışdı. Nurəddinin çoxdan gözlədiyi qisas günü gəlib çatmışdı. O, haqq savaşının ilk günündən böyük ruh yüksəkliyi ilə döyüşlərə qatılıb, Cəbrayıl, Xocavənd, Zəngilan və Füzuli uğrunda döyüşlərdə şücaət göstərib. Oktyabrın 3-də Cəbrayılda “Dostluq bulağı” yaxınlığında yaxın dostu çiynindən yaralanıb. Nurəddin onu çiyninə alaraq atəş altından çıxarıb. Böyük çətinlik hesabına dostunu təhlükəli mövqedən uzaqlaşdırıb və ona tibbi yardım göstəriləndən sonra sağalaraq yenidən cəbhəyə qayıdıb.

Nurəddin Zəfər gününə qədər cəbhənin ön sıralarında olub. O, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Vətən müharibəsindən sonra Nurəddin öz istəyi ilə Türkiyədə keçirilən dağçılıq komando kurslarına yollanıb. Kursu yüksək nailiyyətlərlə başa vurduqdan sonra qayıdıb, komando birliyində baş kəşfiyyatçı kimi xidmətini davam etdirir. O vaxt Azərbaycan Milli Ordusunun qarşısında düşməni doğma yurdumuzdan tamamilə təmizləmək, uzun illərdir Qarabağda kök salmış erməni separatizminin kökünü birdəfəlik kəsmək missiyası var idi. O da 2023-cü il sentyabrın 19-da və 20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında iştirak edir. Xocalı rayonu ərazisində Dağyurdu istiqamətində əməliyyat zamanı yeddi döyüş yoldaşı ilə birlikdə ermənilərin sığındığı ən təhlükəli mövqelərdən birinə doğru irəliləyiblər. Mövqeyə yaxınlaşarkən quldurların atəşi ilə əvvəlcə Beyləqan rayonundan olan Vüsal Sumbatzadə qətlə yetirilib. Lakin onlar ermənilərin sığındığı mövqeni azad etməmiş geri çəkilmirlər. Azğınlaşmış quldur birləşmələri onun digər yoldaşlarını da hədəfə alırlar. Ən axırda çavuş Nurəddin Rəsulovla Şabran rayonundan olan “Doni” ləqəbli Vüqar İsmayılov şəhidlik zirvəsinə ucalırlar. Həmin dəstədən yalnız üç nəfərə sağ qalmaq müyəssər olsa da, həmin mövqe quldurlardan tamamilə təmzilənir. Döyüş tapşırığı yerinə yetirilir. Dörd nəfərin qanı hesabına olsa da...

Nurəddin Füzuli rayonunun Araz Zərgər kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin atası Akif oğul itkisinə dözə bilmir. O, Nurəddinin şəhidliyindən sonra cəmi altı ay yaşayıb.

Qardaşı Fəxrəddin Rəsulov Nurəddinin uşaqlıqdan cəsur olduğunu deyir: “Qardaşımla sonuncu dəfə 2023-cü il sentyabrın 19-da əlaqə saxladım. Söhbətimiz zamanı məndən halallıq istədi. Dedi ki, başqa yol yoxdur, düşməni öz torpaqlarımızdan tamamilə təmizləməliyik. Bu yolda canımızı qurban verməkdən belə çəkinməməliyik. O, bu sözləri deyib, mənimlə sağollaşdı. Sentyabrın 19-dan 20-nə keçən gecə saat 5-də qardaşımın şəhid olması barədə xəbər aldıq. Əlbəttə, sarsıdıcı xəbər idi. O anı təsəvvür etmək, yada salmaq da mənim üçün çox çətindir... Nə deyə bilərəm?Allah bu yolda gedən bütün şəhidlərə rəhmət eləsin...”.

Şəhidin anası Reyhan Rəsulova oğlu haqqında fəxrlə danışır: “Oğlum çox vətənpərvər idi. O, ata-anaya layiqli övlad olub. Uşaqlıqdan hərbçi olmağa böyük həvəsi var idi. Nurəddin arzusuna çatdı. Çox sevdiyi əsgər formasında şəhadətə qovuşdu...”.

Nurəddin Rəsulov 2014-cü ildə Ayşən xanımla ailə həyatı qurmuşdu. İndi onun ailə üzvləri uğrunda qurban getdiyi doğma Füzulidə yaşayırlar. Övladları şəhərdəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təhsil alırlar. Qızı Nuray beşinci, oğlanları Nihad üçüncü, Murad ikinci sinifdə oxuyur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

8 Noyabr münasibətilə Zəfər Parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub

Azərbaycanın tarixi Qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb - İtaliya eksperti

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum VİDEO

Xankəndidən gələn mesajlar və Qarabağa elmin qayıdışı

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər VİDEO

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb VİDEO

Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO

Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO

Ərdoğan: Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Pakistanlı ekspert: Qarabağ sakinləri itirdikləri xoşbəxtliyi doğma torpaqlarında yenidən tapıblar VİDEO

Pakistanlı ekspert: Qarabağ sakinləri itirdikləri xoşbəxtliyi doğma torpaqlarında yenidən tapıblar VİDEO

Dövlət Xidmətinin rəhbərliyi Zəfər parkını ziyarət edib

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər VİDEO

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər VİDEO

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər VİDEO

Mehmet Emir Aksoy: Azərbaycanın Zəfəri dövlət iradəsinin tarixi təsdiqidir

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Akkan Suver: 8 Noyabr Türk dünyası üçün böyük Zəfər və qürur günüdür

Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular –  Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb  VİDEO

Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular – Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb VİDEO