Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sənət taleyini özü yazan İftixar

Sənət taleyini özü yazan İftixar

Bakı, 27 yanvar, AZƏRTAC

Uzun müddət ərzində müxtəlif media platformalarında elmi-tənqidi və publisistik baxışlarını, aktyor-rejissor kimi televiziya, həmçinin digər kontentlərdə yayımlanan sənət nümunələrini izlədiyim yazıçı-dramaturq, şair-publisist İftixarı müxtəlif janrlarda yazdığı ədəbi nümunələrdən, daşıyıcısı olduğu dəyərlərin fonundakı portret cizgilərindən qiyabi tanımışam.

Sonralar tələbə yoldaşım, Azərbaycan Dövlət Televiziyasının Uşaq, gənclik və hərbi-vətənpərvərlik Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışmış Firuz Novruzovun təqdimatında şəxsi münasibətin yarandığı İftixarın imzasını mütəmadi olaraq izləmişəm.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya elmləri və Pedaqogika üzrə Ekspert Şurasının sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Sənət taleyini özü yazan İftixar” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İftixar Piriyevlə əyani tanışlığımızın başlanğıcında o, ədəbiyyat üzrə 60-cı illərin nobelçisi Mixail Şoloxovun dediyi kimi, yaddaşında cəmləşdirdiyi məlumatları əlaqələndirib tətbiqetmə bacarığı ilə diqqətimi cəlb etdi. Onun erudisiyası- bilgilərindən ayrı-ayrı sahələr üzrə konkret nəticələr çıxarma qabiliyyəti müəllifi olduğu bütün yazılarında müşahidə olunurdu. İftixara xas olan analitik qabiliyyət, məlumatı strukturlaşdırmaq, onu hissələrə bölmək, nəticələri tənqidi şəkildə qiymətləndirmək keyfiyyətləri məsələnin qoyuluşuna sistemli yanaşma, detallara diqqət və ancaq onun üslubunu formalaşdırmır, mövzusunu məntiqlə davam etdirmək imkanı verir.

Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini uğurla bitirdikdən sonra aktyorluq karyerasını Milli Akademik Dram Teatrın səhnəsində başlayan İftixarın canlandırdığı rolları teatr səhnəsində nadir hallarda izləyə bilsəm də, onun iştirak etdiyi tamaşalara müxtəlif televiziyalardan baxmağım məndə həmin tamaşalar haqqında kifayət qədər təəssürat yarada bilib. Onun oynadığı tamaşaların spektri genişdir: istər Uilyam Şeksprin "Kral Lir"ində Edqar, istərsə də Səməd Vurğunun "Vaqif"indəki Əlibəy, yaxud Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu"ndakı Niftalı, Anarın "Sizi deyib gəlmişəm"indəki Vəliqulu, Saday Budaqlının "Közərən evin işıqları"ndakı Əsgər, Əlibala Hacızadənin "İtkin gəlin"indəki Əbdül obrazlarının yaradılmasında aktyorluq sənətinin bütün elementlərini müşahidə etmək olar. Xatırlatma üçün qeyd edək ki, həmin rollar onun aktyor yaradıcılığının birinci mərhələsini əhatə edirdi və onlar yaradıcılığın ikinci mərhələsində daha böyük uğurlar üçün “hazırlıq meydançası”na çevrilmişdi. Bu və sonrakı yaradıcılıq nümunələrində İftixar, səhnə personajını inandırıcı şəkildə yaratmaq və yaşamaq üçün bir sıra özünəməxsus texnika və bacarıqları toplusu olan transformasiya sərgiləyir: səs, bədən, emosiyalar ustalığı, tərəfdaşlar və tamaşaçılarla qarşılıqlı əlaqəqurma bacarığı bu faktorları şərtləndirir.

Aktyor İftixar oynadığı rolların ancaq vizual tərəflərini deyil, mahiyyətini, onların həyat dramını, o dramın fəlsəfəsini auditoriyasına çatdırmağı sənətinin başlıca vəzifəsi hesab edir və bu kontekstdə onun qazandığı uğurların sirrini açmaq olur.

Həmişə mənə elə gəlib ki, rejissorluq sənəti təkcə tamaşanın həllini bədii və konseptual şəkildə təşkil etmək deyil, o, bir konsepsiyanı vahid, tam bir obraza çevirmək və aktyor, dramaturq, ya ssenarist, rəssam, operator, dizayner və digər mütəxəssislərin işini birləşdirərək buna nail olmaq üçün yaradıcı prosesi idarə etmək sənətidir. Sadə dillə desək, bu, tamaşaçıya maraqlı olması üçün istehsalın bütün komponentlərini, kamera bucaqlarından və işıqlandırmadan ritmə, emosiyalara qədər "idarə etmək"dir.

İftixarın keçdiyi yaradıcılıq yolu onun “xoş ulduz altında doğulduğunun” təsdiqi sayıla bilər.

Yaradıcılığını aktyor kimi başlayan sənət adamları rejissorluğa keçid qapısından ayaqlarını kandara tərəf atandan aktyorların psixologiyasını dərindən anlamaq, atmosferik məkan yaratmaq bacarığı və bədii konsepsiyaları müstəqil şəkildə həyata keçirməklə içəriyə qədəm basırlar. Bu, ancaq sənətə komplekssiz deyil, yaradıcılıq potensialı ilə daxil olmaqdır. Həmin proseslərdən keçərək rejissorluğa gələn şəxslər tapşırıqları daha dəqiq formalaşdırır, komandanı daha effektiv idarə edir və əsasən, nəticədə yaradıcılıq potensialını reallaşdıra bilir. Aktyorluq təcrübəsi sayəsində rejissor, aktyora rolun tələblərini başa düşməyə necə kömək edəcəyini dəqiq bilir, nəticədə o, daha yüksəkkeyfiyyətli performans təmin etməyə nail olur. Üstəlik, əvvəllər qazanılaraq inkişaf etdirilən empatiya bacarıqları personajların hisslərini daha dərindən aşkar etməyə və atmosferik məkan yaratmağa kömək edir, layihəni vahid şəkildə görmək, yalnız rollarını deyil, ritmi, tempi və emosional məzmunu idarə etmək bacarığını reallaşdırmağa impuls verir. Bu keçid, aktyorluq təcrübəsindən bəhrələnməklə rejissora mükəmməl sənət əsəri yaratmaq üçün ideyalarını reallaşdırmaq, son nəticəyə nəzarət etmək və unikal bədii sənət nümunələri yaratmaq imkanı qazandrır. Dramaturgiyanın əsaslarını dərindən anlamaqla aktyorluqdan rejissorluq sənətinə gələn İftixar ona görədir ki, tez-tez həyatının “keçid” mərhələsini nəzərdə tutaraq "Mənim üçün "güclü" və ya "zəif" aktyor anlayışı yoxdur",- deyir.

İftixar Piriyevin rejissor taleyindəki uğurlarını- “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı”, “Azərbaycan bayrağı”, “Qurtuluş”, “Siluet” və digər quruluş verdiyi tamaşaların publika tərəfindən qəbul edilməsini bu amillərlə izah etmək olar.

Nədənsə mənə həmişə elə gəlib ki, dramaturq-şair-yazıçı-rejissor haqqında esse çoxşaxəli yaradıcı şəxsiyyət haqqında bir düşüncədir. Burada müəllif yalnız mətni yaratmır, həm də onu canlandırır, pyesin və ya filmin obrazını sözlərdən son akta qədər bütövlükdə təsəvvür edir, kağız üzərində dünyanın yaradılmasından səhnədə və ya ekranda fiziki təcəssümünə keçir, burada şair metaforalara dərinlik verir, dramaturq münaqişənin strukturunu, yazıçı hekayənin bütövlüyünü, rejissor isə vizyon vəhdətini təqdim etməklə mətni canlı sənətə çevirir.

İftixarın dramaturgiyasında rastlaşdığımız insan obrazı Allahın yaratdığı insanın özü qədər təbiidir və o obrazda qeyri-səmimi yanaşmalar yox, ironiya, sitat, janr qarışığı və oxucu ilə "oyun"la xarakterizə olunan, tərəqqidən məyusluq və vahid həqiqətin olmamasını əks etdirən kifayət qədər elementlər tapmaq mümkündür. O, klassizm və realizmdən qaçmır, lakin didaktikliyi və obyektivliyi rədd etməsi, məna axtarışını yaxına buraxmaması ilə modernizmdən fərqlənir. Həyata ciddi münasibəti fonunda oynaq formaya meyil etməsi isə müəllifin özünəinamı ilə ciddi ədəbiyyat hadisələrinin yaranmasına impuls verir. Bu ədəbiyyat hadisələrinin fraqmentasiya və xaosunda xətti süjetin, strukturun və məntiqin rədd edilməsi görünsə də, dramaturq elit və kütləvi mədəniyyət arasında sərhədlərin olmamasının qeydinə qalmaqla oxucusunu müəllif emalatxanasına- onun emosiyalarının iştirakı ilə birgə yaradıcılığa cəlb edir, onun maraqlarını axtarışa çevirməklə "dördüncü divar”ı uçurmağı bacarır.

Dramaturq bunları reallığın obyektiv təsvirinə çalışmaqla özünəməxsus səbirlə hazırladığı uydurma və reallığın qarışığını ortaya qoyur, nəticədə ancaq parodoksal iki rəng- ağ, ya qara axtaranlara belə bir axtarışın mənasızlığını çatdırır. Bu, ilk baxışda məntiqli və doğru görünən fikirlər və mühakimələrin ziddiyyətli, absurd və ya gözlənilməz bir nəticəyə gətirib çıxarması, həm doğru, həm də yanlış kimi görünən vəziyyətdir. Nəticə, rejissorun məsələni klassik məntiqə zidd, qarışıq, “əks-düşüncə” və ya çətin açılan düyün mənasına gətirilməsi ilə tamamlanır, tamaşaçı mühakimənin həm doğru, həm də yalan olduğunu eyni anda sübut edilməsinin iştirakçısı olur.

Ona görədir ki, İftixar bütün rakurslardan baxdıqda necə var, eləcə, olduğu kimi görünür. Həmin görüntüdə, xüsusilə ictimai-siyasi hadisələrə ümumazərbaycançılıq sərhədlərindən daha geniş müstəvidə, əsasında türkçülüyün dayandığı turançılıq ideologiyasından baxsa da o, bəşəri dəyərlərin daşıyıcısı olaraq qalır. Müəllifin “Qurtuluş dastanı”nı yaratması bu baxışların bucağından ancaq dünənimizə deyil, sabaha baxışdır. Bunun üçün də əminliklə deyə bilərik ki, “Qurtuluş dastanı” ilk baxışda Ümummilli Lider Heydər Əliyevin deyil, ayaq üstə dayanandan yaxın tariximizə qədər gəldiyi yolda addım atan, yeriyən, yüyürən, yıxıldıqdan sonra qalxmaq üçün özündə güc taparaq bir də gələcəyə üz tutan bir xalqın dastanıdır.

Bunu, ancaq “Qurtuluş dastanı”nın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq İftixarın pyeslərindəki məzmun və ilk baxışda sezilməyən ideologiyada, “görünməz” olsa da süjet xətti boyu hiss etdirilən, “tipik şəraitin yaratdığı tipik obrazları” ilə özünəməxsus üslubun yaradıcısı Cəfər Cabbarlının sənətkarlıq maneralarına yaxın “ötürmələri”in zərif taktikasında xüsusilə görmək mümkündür.

Onun “Qurtuluş dastanı”, “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı”, “Nurlu ömrün anları”, “Qalx ayağa, Azərbaycan!”, “Azərbaycan bayrağı”, “Qurtuluş”, “Osman və Süsən- Qanlı qızıl toy”, “Haqq mənəm” və digər dram əsərləri buna görədir ki, ancaq ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrindəki teatr repertuarlarında yer ala bilib.

Yeri gəlmişkən, poetika klassik dramaturgiyanın daimi və uzunmüddətli yoldaşı olub, lakin bu gün poetikanın dramaturgiyada nadir hallarda, lakin canlı şəkildə alovlandığını və o alov dillərinin İftixarın dram əsərlərində heç də ara-sıra görünmədiyinin şahidi oluruq.

Bu, gündəlik metafizik səviyyəyə qaldıran bir hərəkatdır. Hər hansı layiqli postmodernizm kimi, yeni dastan da folklor ənənələrinin fraqmentarıdır. Poetik dramatik mətnin əsas xüsusiyyətlərindən birini vurğulamaq üçün, mənə bəzən elə gəlir ki, "fraqmentar" ifadəsi "lakonik" ilə əvəz olunmalıdır. Bu, təqdim olunduğu kimi, təmizlənmiş bir mətndir: doldurucu sözlərə, müəllif qeydlərinə, personajların görünüşü və geyimlərinin təsvirlərinə, izləyiciyə harada və hansı ərazidə olduqları barədə xəbərdarlığa ehtiyac qalmır.

Mətn, oxucunu heç nəyə inandırmağa çalışmır, qəhrəmanın davranışını təhlil etmir və ona qiymət vermir, sadəcə yaratdığı mənzərəni təqdim edir. Oxucunun diqqəti, bir qayda olaraq, mətnin alt qatındakı gizli süjeti tanımağa yönəlib.

Həmin “gizli süjet xəttini” İftixarın bədii yaradıcılığının poeziya nümunələrində müşahidə etmək maraqlıdır. O nümunələr “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş”, “Böyük Turanın Himni”, “Müstəqil Vətənin Memarı” kitablarında yer alıb.

Bu şeirlərində İftixar görüb də dərk etdiyi dünyanı hayqırmaqla deyil, pıçıltılı səslə öz qəhrəmanına danışır. Onun sözləri, cümlələri və bütövlükdə özünün formalaşdırdığı lüğət tərkibi vasitəsilə təhtəlşüurunda yuva salan dünyanın obrazı və xəyali həyat səyahəti qurulur.

İftixarın poeziyası oxucusu və yaxud dinləyicisinə enerji verir. Bu, tikanlı məftil və yaxud görmək istədiyin cazibədar təbiət hadisəsi kimidir, sənə verdiyi ağrıları, ya da heç vaxt unuda bilməyəcəyin nəfis gözəlliyi ilə qəlbində yaşayır. İftixarın da iştirak etdiyi, onun şeirləri əsasında hazırlanmış, müxtəlif formatda və platformalarda yayımlanan verilişlərə baxmış və yaxud özünün hazırladığı audiomaterialları dinləmişəm. Hər dəfə öz sevinci və dərdi ilə baş-başa qalmış, hisslərini tamaşaçısı, yaxud dinləyicisi ilə bölüşən İftixar Piriyevlə deyil, sətirləri ilə ancaq müasirlərinə yox, gələcəyə səslənən ozanı eşitdiyinin fərqində olursan.

Bəlkə də buna görədir ki, o, bəzən paradoksal görünsə də, istənilən rejissuranı bütöv və tam sənət əsəri kimi qəbul etmir.

İftixara görə, poeziyanın bətnindəki poetikanı ən mükəmməl rejissor işi belə, açmaqda acizdir. O, belə deyərkən, qədim Ellinin kor dastançısı, Troya savaşının müasiri, poetik-epik janrın mükəmməl yaradıcısı Homerin "Odisseya"sı əsasında, Kristofer Nolanın ssenarisi və rejissorluğu ilə çəkilmiş epik fantastik filmi xatırlayıram. Filmdə Troya müharibəsindən sonra uzun və təhlükəli bir səyahətə çıxan İtaka kralı Odissey rolunu məşhur Met Deymonun canlandırmasına, həmçinin Tom Holland, Enn Heteuey, Robert Pattinson, Lupita Nyonqo, Zendaya, Şarliz Teron və başqa məşhurların həmin filmdə rol almalarına baxmayaraq, kino tənqidçiləri filmin, Homerin əsərində yaratdığı epikliyin və poetikanın ifadə olunmadığı qənaətlərini İftixarın fikrinin təsdiqi olaraq qəbul edirəm.

Yadıma Qabiel Qarsia Markesin 1979-cu ildə, 3 milyon tirajla çap olunan “Literaturnaya qazeta”ya verdiyi müsahibəsindəki suallardan birinə verdiyi cavab düşür.

1982-ci ildə "fantaziya və reallığın birləşərək bütün bir qitənin həyatını və münaqişələrini əks etdirən roman və qısa hekayələrinə görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanının ekranaşdırmaq cəhdlərini xatırlamaq istədim. “Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvini” əks etdirən, ədəbiyyatın ən yüksək nailiyyətlərindən biri olaraq göstərilən, sehrli realist üslubu və tematik mahiyyəti, üslub baxımından modernizm və avanqard cərəyanlarının klassik nümunəsi, nəşr olunduğu gündən bəri 37 dilə tərcümə edilən, 50 milyondan çox nüsxəsi satılan “Yüz ilin tənhalığı” əsasında film çəkmək üçün “Hollivud”dan 9 cəlbedici təklif alan kolumbiyalı yazıçı o təklifləri niyə rədd etdiyinin izahı maraqlı idi. "Literaturnaya qazeta"nın 1979-cu ildə, 17 nömrəli sayında dərc olunan "Qərarımı dəyişdirmədim" adlı müsahibə Markesin düşüncə və yaradıcılığını əks etdirməsi ilə yanaşı əsərlərinin film hüquqlarını “Hollivud”a satmaqdan imtinasının səbəbləri də açıqlanırdı. Kolumbiyalı yazıçı dünya kino sənayesinin mübahisəsiz nəhəng təmsilçisinin romanın ekranlaşdırılması üçün başgicəlləndirici məbləğ təklifi ilə razılaşmamasını oxucularının hisslərinə hörmətsizlik ola bilməsindən ehtiyat edir. Markes, romandakı hər bir obrazın oxucusunun təsəvvüründə yaratdığı qəhrəmana bənzəməyəcəyinə, romanla film arasında adaptasiyasının praktik olaraq mümkün olmadığına əminliklə qərar verir. Bu, ədəbi yaradıcılıqla məşğul olan məhəlli, regional, habelə dünya miqyasında tanınan insanların, demək olar ki, barmaqla sayıla biləcəyi qədərinin qərarı üçün əsas ola bilər.

Hər bir sənət fəlsəfəsinin sərhədlərinə qədər hamının gedib çıxmadığı isə sirr deyil.

Teatr rejissoru səhnənin davamlı məkanı ilə işləyərək "burada və indi" olaraq görünən canlı, unikal bir hərəkət yaradır, hadisələrin gedişatına tamaşaçı diqqəti ilə yanaşılır.

Üstəlik, teatr rejissoru mətni tamaşanın gedişi ərzində şərh edə və yenidən yaza bildiyini unutmayaq.

XXI əsr Azərbaycan teatrında temp real vaxt rejimi ilə, canlı aktyor performansında, səlis məntiq əsasında təqdim olunsa da, ancaq gözlə görünməyən, zaman-zaman ortaya çıxacaq reallıqlar qeyri-səlis, ikili "doğru" və "yalan"dan kənarda, alternativ dəyərləri mümkün olduğu problemin qeyri-müəyyənliyi məntiqində qəbul edilir. Bu, nəticədə mahiyyətin kulminasiya nöqtəsi, milyonlarla vahidin geniş "Mən"də tamamlanması, hər şeyin kollektiv birlik təzahürünə "varlıq" olaraq birləşməsinin dərkinə çevrilir. Fərd və toplun kamilliyinin avanqard dünyagörüşü icma, birlik, kollektivizm, beynəlmiləlçilik, həmrəylik, yoldaşlıq, kütlə və bir-biri ilə əlaqəli, lakin sinonim olmayan anlayışların dəyərləndirilməsində alqoritmi müəyyənləşdirir. İftixarın quruluş verdiyi tamaşalarda bu xətt- "tamaşaçının teatrın əsas materialına çevrilməsi" son 10-15 ildə rejissor olaraq onun yaradıcılığında əsas xarakterik keyfiyyətlərini üzə çıxarır. Bu məsələnin praktik həlli ilə bağlı suallara tamaşalarında, nəzəri əsaslarını özündə ehtiva olunan cavabları isə "Qeyri-səlis Məntiq və Teatr" və digər monoqrafiyalarında teatr, aktyor və konvensiya sənəti olmaqla qalmır. Teatr, Aristotelin zamanından bəri klassik vəzifəsini və həmin vəzifənin başlıca komponentlərindən birini- auditoriyasına “katarsis yaşadan” duyğusal təmizlənmə prosesini yerinə yetirir.

Bütün bəşəri sənət adamları kimi, İftixar teatra insan tərbiyəsi işində mühüm vasitələrdən biri kimi baxır.

Həmin üzvi bağlılığın məntiqi nəticəsi o oldu ki, XIX əsrin 80-ci illərindən əsası qoyulan İrəvandakı teatr ənənələrini özündə cəmləndirən, bir əsr sonra qaçqınlıq həyatı yaşamağa məhkum olunan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına 2000-ci ildən rəhbərlik etmək İftixar Piriyevin taleyinə yazıldı. Onun, teatrın direktoru kimi fəaliyyət göstərdiyi 25 ildə qədim sənət məbədi böyük uğurlara imza atdı və bu uğurlarda bütün kollektivin və əlbəttə, onun direktorunun müstəsna xidmətləri oldu.

Bu günlərdə anadan olmasının 65 illiyini qeyd edən Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin görəcəyi kifayət qədər işlər var və inanırıq ki, bu işləri görməyə macal tapacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz