SELƏ QARŞI BƏNDLƏR QURAŞDIRILMIŞDIR
Meliorasiya və Su Təsərrüfatı Komitəsi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq qış fəslinə hazırlıq məqsədi ilə dağ çaylarında məcranizamlama işlərini və mühafizə bəndlərinin tikintisini sürətləndirmişdir.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu günədək dağ çayları olan Kürmukçayda 165 poqonometr, Qalaçayda 85 poqonometr, Mazımçay, Tikanlıçay və Muxaxçayda isə 90 poqonometr uzunluğunda daş-beton bəndlər quraşdırılmışdır. Hazırda Şinçay, Kişçay, Göyçay çayı, Ağsu çayı, Ağstafa çayı və Viləşçayda selə qarşı mühafizə işləri davam etdirilir.