ŞAMAXIDA ÜMUMRAYON İMƏCİLİKLƏRİ
Bu tədbirlərin davamı kimi yenidən keçirilən ümumrayon iməciliklərinə bütün təhsil, səhiyyə, mədəniyyət müəssisələri, idarə və təşkilatlar qatılmışlar. Bununla əlaqədar AZƏRTAC-ın müxbirinə rayon icra hakimiyyəti başçısının birinci müavini Nəsimi Abdullayev demişdir:
- Rayonda iməciliklərin mütəşəkkil qaydada keçirilməsi üçün qərargah yaradılmış və görüləcək əsas işlər müəyyənləşdirilmişdir. Xüsusilə şəhərin küçələrinin təşkilatlar arasında bölüşdürülməsi bu tədbirin səmərəliliyini daha da artırmışdır. Bu kampaniyada şəhər sakinləri və iş adamları da yaxından iştirak edirlər.