Salyanda qadın qətlə yetirilib
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da saat 15 radələrində Salyan rayonu Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:53]
Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO
- 16.11.2026 [18:46]
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib
- 16.11.2026 [18:40]
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub
- 16.11.2026 [17:21]