Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumeli: İzi itmiş tarix

AZƏRTAC türk xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 3 dekabr, AZƏRTAC

Rumeli Osmanlı İmperatorluğu zamanında XV əsrdən etibarən Balkan yarımadasının cənub hissəsinə verilən addır. Bu sözdəki “Rum” ifadəsi “Şərqi Roma İmperatorluğunun torpaqlarına daxil olan ərazilər və xalqlar” mənasını verir.

Osmanlılar Avropaya ayaq basdıqdan sonra burada fəth etdikləri yerlərə Rumeli adını verdilər. Halbuki bu ad daha əvvəllər bugünkü Anadolu ərazilərində istifadə olunub, hətta Avropada orta əsrə aid mənbələrdə “Romanie” şəklində tərcümə edilib. Qərbə aid mənbələrdə isə “Peninsule romaine” şəklində göstərilib. Müasir dövrdə Avropa xəritə və kitablarında bu yarımadanın adına “Turquie d'Europe” və ya “Empire Ottoman d'Europe” şəklində rast gəlinir ki, bu da sonralar türkcə nəşrlərdə müvafiq olaraq “Avrupa-i Osmani” və “Rumeli-i Şahane” kimi göstərilir.

Bu fikirlər AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyarın AZƏRTAC-a təqdim etdiyi “Rumeli: İzi itmiş tarix” məqaləsində yer alıb. Yazını təqdim edirik.

Mənbələr göstərir ki, XI-XII əsrlərdə Bizans hökmranlığı altındakı Anadolu torpaqları Diyar-i Rum (Roma və ya Rum ölkəsi), Anadoluda hakimiyyətdə olan Səlcuqlar isə Rum Səlcuqiləri (Anadolu Səlcuqiləri) adlanırdı. Rumeli ifadəsi altında “romalıların ölkəsi” olaraq Şərqi Roma İmperatorluğunun sahib olduğu torpaqlar nəzərdə tutulur. Lakin Osmanlı İmperatorluğu dönəmində mərkəzi monastır olan bu vilayətin adı Rumeli vilayəti olub və bura Osmanlı İmperatorluğunun yeniləşmə və yeni qanunları tətbiq etdiyi ilk ərazidir. Kamal Karpat bu vilayətin əhalisinin böyük əksəriyyətinin türk olduğunu yazır.

Rumeli vilayəti Şimali Bolqarıstan, Qərbi Albaniya, Pelaponnes yarımadası və Cənubi Albaniyanı əhatə edirdi. XVI əsrdə isə bu torpaqlar bugünkü Bolqarıstan, Cənubi Serbiya, Makedoniya, Bosniya-Herseqovina, Albaniyan və Tessalya (Yunanıstan, Egey dənizinin sahillərində tarixi şəhər) bölgələrini əhatə edirdi. XVII əsrdən etibarən Rumeli torpaqlarının sahəsi azalıb və 1864-cü ildə yalnız Albaniya və Qərbi Makedoniyanın bir sıra kiçik məntəqələrindən ibarət olub. Daha sonralar isə – 1875-ci ildən etibarən bu yaşayış məskəni inzibati ərazi vahidi olaraq ləğv olunub. Bu gün “Rumeli” sözü Türkiyənin Avropa qitəsindəki torpaqlarını (Ədirnə, Qırxlareli, Təkirdağ əraziləri, İstanbul və Çanaqqalanın da Avropa səmti) ifadə edir.

“Rumeli türküləri” müxtəlif müəlliflər tərəfindən araşdırılıb. Burada yer alan hər bir türkünün ayrıca tarixçəsi var. Adaqala, Azak, Bağdad, Banyakula, Çanaqqala, Budin və s. türkülər rumelilərin milli-mənəvi dəyərlərini və etnoqrafik ənənələrini özündə əks etdirir.

Adaqala türküləri. Adaqala Rumıniyanın Orşova şəhərinə yaxın Tuna çayının üzərində yerləşir. 1691-ci ildə Osmanlılar tərəfindən fəth edilib, 1878-ci il iyunun 13-də imzalanmış Berlin traktatında kimə tabe olacağı unudulduğundan 1923-cü ildə Lozan sülh müqaviləsi ilə Rumıniyaya verilib. Bu zamana qədər bu ərazidə yalnız türklər yaşayırdı. Əhali tütünçülük, qayıqçılıq və ticarətlə məşğul olub. Ada baraj suları altında qaldıqdan sonra əhalinin böyük bir hissəsi Türkiyəyə köç edib. Adaqalanın folkloru, etnoqrafiyası və dili haqqında ilk məlumatı macar türkoloq İqnats Kunoş verib.

Azak türküləri. Azak türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak deyiblər. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azakdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi “kədər şəhri” adlandırdığı bu qalanın əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, sonralar isə gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.

Rus çarı I Pyotr 1696-cı il iyunun 19-da Azak qalasını zəbt etdi. Bu, Rusiyanın dəniz dövlətinə çevrilməsinin başlanğıcı oldu. Azak qalasının itirilməsi İstanbulda böyük həyəcan yaratdı. Bununla da Osmanlı dövlətinin Qara dəniz üzərindəki mütləq hakimiyyəti zəiflədi. Azak 1711-ci ildə I Pyotrun müharibədəki məğlubiyyətindən sonra Türkiyəyə qaytarıldısa da, 1774-cü ildə birdəfəlik Rusiyaya keçdi. Bu vaxtdan dəniz kimi şəhərin də adı dəyişdirilərək Azov adlandı.

Bağdad türküləri. Tarixi şəhər olan Bağdad İraqın paytaxtıdır. Şəhər 1534-cü ildə Səfəvilərin hakimiyyəti altına düşmüş, sonradan 1638-ci ildə IV Murad tərəfindən Osmanlı torpaqlarına qatılmışdır. Təqdim olunan mətnlərdə IV Muradın və Osmanlı ordusunun Bağdad savaşında göstərdiyi qəhrəmanlıqlar və Səfəvi ordusunun məğlub edilməsi əks olunur. Eyni zamanda bu mətnlərin içərisində tarixin qapalı səhifələrinə aydınlıq gətirəcək məlumatlar var.

Banyaluka türküləri. Banya-Luka Fatih Sultan Məhmət zamanında ələ keçirilib, Hersek ilə birlikdə Saraybosniya, Mostar, İzvornik, Bihaç və Travnikdən ibarət Bosniya əyalətindəki sancaqlardan biridir. Bu bölgə XVIII əsrdə Osmanlı dövlətinin hərbi və siyasi cəhətdən zəifləməsi və bundan yararlanmaq istəyən Rusiya, Avstriya və Avropa dövlətləri arasında baş verən qanlı döyüşlərə səhnə olub. Bu döyüşlərdən birində avstriyalılar 90 min nəfərlik ordu ilə şəhəri mühasirəyə alıb. Heç bir yerdən dəstək almadan Bosniya valisi Əli Paşa (1699-1769) təxminən 16 min nəfərdən ibarət Bosniya əhalisi ilə birlikdə 1737-ci ildə avstriyalıların mühasirəsini qıraraq onları məğlub edib. Onların bu qəhrəmanlıqlarına Rumelidə türkülər söylənib, dastanlar qoşulub.

Budin türküləri. Budin Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhərdir. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı İmperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Moxaç döyüşü nəticəsində şəhər Osmanlı İmperiyasının nəzarəti altına keçib. II Vyana mühasirəsinin uğursuz olması ilə Osmanlıların geri çəkilməsi Budini 90 min nəfərlik xaç ordusu ilə təkbətək buraxdı. Şəhəri müdafiə etməyə çalışan Əbdürrəhman Paşa 16 min nəfərlik ordu ilə qalanı iki ay yarım müdafiə etməyə çalışdı və şəhid oldu. Budin türküləri bu müharibələrin acı nəticələrini dilə gətirir.

Bosniya marşı. Fateh Sultan Mehmetin orduları Bosniyanı 1465-ci ildə fəth etdikdən sonra Osmanlı ordusu bu marşı söyləyərək Bosniyaya daxil olub. Qeyd edək ki, bu marş Bosniya Gənclik xoru tərəfindən hazırda səslənir.

Çanaqqala türküsü. Çanaqqala döyüşü Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ilə İttifaq dövlətlər arasında baş verib. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək üçün ilk hədəf olaraq Çanaqqala boğazına giriblər. Ancaq hücumları müvəffəqiyyətsiz olub və iki tərəfin də çox ağır itkilər verməsinə baxmayaraq İttifaq dövlətlər geri çəkilib. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşib, hər vətəndaşın xatirəsində yaşayır. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün – 18 mart Çanaqqala şəhidlərini anma ünü olaraq qeyd edilir. Çanaqqala türküsü də burada şəhid olan əsgərlərimiz üçün yazılıb. Bu türkünün Kastamonu, Rodop Priştina, Kərkük və Üsküp variantları da var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilə bilməz

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr