RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ
Mayın 28-də Respublika günü münasibətilə Sumqayıt şəhər icra hakimiyyətinin, bələdiyyənin, sənaye müəssisələrinin, müxtəlif idarələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri “Şəhidlər xiyabanı” xatirə kompleksini ziyarət edərək, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuş,
Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş fədakar övladların məzarları üstünə tər çiçəklər düzmüşlər.
Şəhidlərin ruhuna dua oxunmuşdur.