RASPUTİNİ KİM ÖLDÜRMÜŞDÜR?
Məlum olduğu kimi, kəndli silkinə mənsub olmuş avantürist, əxlaqsız və fırıldaqçı (soyadı da məhz bu səbəbdən Rasputin idi), lakin sonralar “müqəddəs rahib” kimi tanınan Q.Rasputin 1907-ci ildə çar II Nikolayın sarayına yol taparaq, böyük nüfuz sahibinə çevrilmiş, dövlət işlərinin həllinə güclü təsir edə bilmişdir.
Bəs, Rasputinin aradan götürülməsində ingilis kəşfiyyatçısının iştirakını nə ilə izah etmək olar? Məsələ bundadır ki, Rasputinin II Nikolayı Almaniya ilə tezliklə separat sülh bağlayaraq, müharibəyə son qoyulmasının zəruriliyinə inandırmağa çalışması Raynerə məlum olmuşdur. Rayner bu xəbəri ötürdükdən sonra Böyük Britaniya hökuməti 350 minlik Almaniya qoşununun artıq 1916-cı ilin əvvəllərində Qərb cəbhəsinə göndərilə biləcəyindən narahat olmuşdur.
Müasir Britaniya tədqiqatçıları hesab edirlər ki, Məxfi Kəşfiyyat Bürosunun əməkdaşı olmuş Osvald Rayner məhz bu səbəbdən Rasputinin aradan götürülməsi barədə göstəriş almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [19:33]
Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb
- 10.11.2026 [18:42]
Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir
- 10.11.2026 [17:51]
Pentaqon rəhbəri ona qarşı impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandırıb
- 10.11.2026 [17:47]
Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
- 10.11.2026 [17:35]
Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb