Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri - Sarvanlar

Bakı, 4 dekabr, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.

Sarvanlar kəndi Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 6 kilometr cənub-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir.

Kənddə ancaq azərbaycanlılar yaşamışlar.

Mənbələr bu kəndin Sarvanlar adı ilə 1501-ci ildən məlum olduğunu təsdiq edir (B.Budaqov, Q.Qeybullayev). “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Gərni nahiyəsinin Zarvancıq kəndi kimi qeydə alınıb, kəndin Hüseyn Xəlil oğlunun timarı olduğu və bu timardan dövlətin ildə 3 min ağça gəlir götürdüyü göstərilib. İvan Şopenin araşdırmasında (1832) və sonrakı mənbələrdə (1873, 1886 və s.) isə kənd Uliya Sarvanlar adı ilə qeydə alınıb.

Kəndin Uliya Sarvanlar adı iki komponentdən ibarət olub: ərəbcə yuxarı, (“böyük” mənasında da başa düşülə bilər - Ə.Ə.) anlamında olan “uliya” sözündən və “dəvəçi“, “dəvə saxlayan“ mənası bildirən “sarban” sözündən. Lakin məlum olduğu kimi, gəngərli türk tayfasının çoxlu soylarından (qızıllı, pirhəsənli, qarabəylər, cağatay, hacılar, qaradolaqlı, qaracalar, əlixanlı və s.) biri də sarbanlardır. Üstəlik, tədqiqatçıların (B.Budaqov, Q.Qeybullayev; S.Mirmahmudova) belə bir fikri ilə razıyıq ki, tayfanın adı dəvəçiliklə əlaqədar olaraq yaranıb.

İ.Şopendə (1832) Zəngibasar mahalının Uliya Sarvanlar kəndində 28 təsərrüfatda 153 nəfər (86 kişi, 67 qadın) müsəlman əhalinin yaşadığı göstərilib.

1873-cü ilin statistik məlumatlarında Zəngi çayı kənarında yerləşən kənddə əhalinin sayı 110 təsərrüfatda 970 nəfərə (516 kişi, 454 qadın) çatıb. Həmçinin kənddə bir məscid qeydə alınıb.

1886-cı ildə kənddə 156 təsərrüfatda 1024 nəfər (590 kişi, 434 qadın) azərbaycanlı yaşayıb. Uliya Sarvanlar kəndinin Ağmanqan yaylağında Bulaqlıyurd adlı yaylaq yeri olub.

Kənd əhalisinin sayı 1905-ci ildə 1465 nəfərə, 1914-cü ildə 1910 nəfərə çatıb.

1918-ci ildə kənd erməni daşnaklarının aramsız hücumları nəticəsində dağıdılıb, əhalisinin bir hissəsi qətlə yetirilib, sağ qalanlar kənddən qovulub. Əhali Türkiyə və İran ərazilərinə mühacirət edib.

Sovet hakimiyyətinin ilk illərində kəndin qaçqın əhalisinin az bir qismi vətənə qayıdıb, 1922-ci ildə onların sayı 372 nəfər, 1926-cı ildə 418 nəfər, 1931-ci ildə 404 nəfər olub.

1950-ci illərdə kənd kolxozunun bazasında tərəvəzçilik sovxozu yaradılıb, kənddə orta məktəb, tibb məntəqəsi, kitabxana, klub və s. sosial obyektlər fəaliyyət göstərib.

1988-ci ildə Qərbi Azərbaycan türklərinin növbəti soyqırımı zamanı kənd əhalisinin bütün var-dövləti əllərindən alınaraq vəhşicəsinə qovulub. Bu hadisələr zamanı Sarvanlar kəndindən iki nəfər - Abbas Mürsəl oğlu Əliyev və Bəxtiyar Məhəmməd oğlu Abbasov ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilib.

Kəndin əvvəlki Uliya Sarvanlar adı sovet dövründə rəsmi sənədlərdə Sarvanlar kimi qeydə alınıb və Sarvanlar adı 1991-ci il aprelin 19-da dəyişdirilərək Sis qoyulub.

XXX

Sarvanlar kəndinin ərazisində beş qəbiristanlıq olub. Onlardan biri Ərzənli körpüsünün yanında, digəri Qara Şor deyilən yerdə, üçüncüsü Dəmirçi kanalının yanında (burada çoxlu qoç başdaşıları vardı), dördüncüsü “Ocaq“ ziyarətgahının yanında, beşincisi Qarasuyun kənarında yerləşirdi.

Kəndin XIX əsr tarixində Şeyx Əbdüləlinin xüsusi yeri var. Onu Çılpaq Axund da adlandırırdılar. O, Xoy şəhərindən gəlmişdi, Sarvanlar kəndində mollaxanada kənd uşaqlarının dini təhsili ilə məşğul olurdu.

1918-ci ilə qədər kəndin qlavası Vəli adlı şəxs olub. Hamı onu Qlava Vəli deyə çağırırdı. 1918-ci ildə bütün Sarvanlar camaatı kimi, Qlava Vəlinin ailəsi də Türkiyəyə mühacirət edib. Bölgədə sovet hökuməti qurulduqdan sonra kənd camaatı ilə birgə onlar da doğma yurda qayıdıblar. Lakin tezliklə sovet hakimiyyətinin mahiyyətini dərk edən Qlava Vəli ailəsi ilə bir yerdə Türkiyəyə gedərək İqdırda yaşayıb.

Kənd camaatının Qara Pirim ocağı, Soybulaq və Ağbulaq inanc yerləri olub.

Keçmişdə kəndin Qənbər, Tanrıverdi, Sadıq kimi məşhur qaçaqları, Məhərrəm, Arıq Həşim, Musa kişi, Cəfər, Bala bəy, Müseyib, Qurbanəli, Naxırçı Abbas kimi el pəhləvanları, Abo kişi (sınıqçı), Xanım arvad (sınıqçı, türkəçarəçi), Sadıq Sadıqov (türkəçarəçi), Matan (sonsuzluq və s. xəstəliklərin türkəçarə ilə müalicəsi) kimi xalq təbibləri vardı.

Repressiya illərində kəndin nüfuzlu və varlı şəxsiyyətləri sürgün edilib, yaxud da təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə köçüblər. Məsələn, Şeyx Məhəmməd nüfuzlu din xadimi idi, Xoy şəhərində dini təhsil almış, İrəvanda Göy məscidin və Uluxanlı məscidinin baş mollası olmuşdu. 1937-ci ildə Qazaxıstana sürgün edildi. Məmmədəli bəy həbs edilərək, zindanda öldürüldü.

1948-1953-cü illər deportasiyası Zəngibasar rayonunun başqa kəndləri kimi, Sarvanlardan da yan ötməmiş, 1952-ci ilin mayında kəndin bütün əhalisi zorla Azərbaycanın Sabirabad və Saatlı rayonlarına köçürülmüşdü. 1953-1959-cu illərdə sarvanlıların, demək olar ki, hamısı geriyə qayıtdı.

Kəndin iqtisadiyyatında balıqçılıq xüsusi yer tuturdu. Burada sahəsi 1200 hektar olan böyük bir ərazidə balıqçılıq təsərrüfatı yaradılmışdı. Bu ərazidə 7 göl yerləşir, təsərrüfatda ildə 1600 ton balıq yetişdirilirdi. Bundan 1000 tonu “Ermənistan“ ərazisində reallaşdırılır, 600 tonu Moskvaya göndərilirdi.

Sarvanlar kəndinin iqtisadi həyatında əkinçilik və heyvandarlıq da xüsusi yer tuturdu. Burada 120 hektar əkin sahəsi vardı. Bundan təkcə 20 hektarı taxıl sahəsi idi. Bu böyük ərazidən 2700 ton məhsul götürülürdü. Sovxoz ildə 180-200 ton ot yemi tədarük edirdi.

Ermənilərin bütün təqib və təzyiqlərinə baxmayaraq, Sarvanlar kənd camaatı 1988-ci ilin noyabrına qədər kəndi tərk etmədilər. Noyabrın 26-da erməni saqqallıları kəndə gələrək əhalidən üç gün ərzində kəndi və rayonu tərk etməyi tələb etdilər. Kənd sovetinin sədri Vaqif Hüseynov ermənilərin bu özbaşınalığı barədə RPK-nin 1-ci katibi Harutunyana və RİK sədri Gevorkyana məlumat verəndə onlar “gedin Qarabağ komitəsi üzvlərinin tələbinə əməl edin” cavabını verdilər. Üç gün sonra içərisi “saqqallı“larla dolu 20-25 “İkarus” avtobusu kəndə daxil oldu, Bakıdan gələn ermənilərlə evlərini dəyişmək bəhanəsilə camaatı zorla məktəbin zalına doldurdular. Sonra erməni yaraqlıları kəndə soxularaq bütün evləri talan etdilər. Kənd camaatı isə əsgərlər tərəfindən hərbi maşınlarla Naxçıvan istiqamətinə - Sədərək kəndinə daşındı.

Sarvanlar kəndinin camaatı bu gün əsasən Bakı şəhərində, Tovuz rayonunda, az sayda da Gəncə, Göygöl, Şəmkir, Tərtər, Sabirabad, Şirvan və Naxçıvanda məskunlaşıblar.

Kəndin toponimləri

Su çıxmaz, Adalar, Qara Şor, Orta yol, Qəmbər biçənəyi, Anqutdu qobusu, Dik yer, Xatun arxı yeri, Düz biçənək, Cillik, Saatlı, Uluxanlı bucağı, Məmmədxan, Novruz yeri, Qara şor qobusu, Kanal arası, Xədicə bulağı, Əhməd qobusu, Yeddilər, Qancıq ölən, Quş yeyən, Çınqıllıq, Ağanın yeri, Həsənbaba, Daşlı qobu, Selim hasarı, Allahyar, Sarı, Sutökülən, Yolarası, Qulaməlinin qamışlığı, Körpü altı, Gülavdı, Güllüklü, Qarağaclı, Ağacarx, Ərzənli körpüsü.

Yaylaqlar: Qızılziyarət, Üçtəpə, Naltəpə, Dəvəqayası, Ağmanqan, Bəyin yurdu, Teymurun yurdu.

Bulaqlar: Araxlı bulağı, Xan bulağı, Şor-şor bulaq və ya Həcinin bulağı, Şahbulaq, Buzlu bulaq, Qırxbulaq, Qoşabulaq, Qızılbulaq, Ağbulaq, Soybulaq, Qum bulağı, Ərik bağçası bulağı...

Məhəllələr: Xutor, Qırxbulaq məhəlləsi, Əyribucaq, Orta məhəllə, Kəmmədin məhəlləsi, Ağəlilər məhəlləsi,- Kürdlər məhəlləsi, Ərik məhəlləsi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib