Qəbələdəki yanğın davam edir
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 11-də Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda 3 istiqamətdə - Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib.
O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və 1 helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub: “Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobillər çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]