QƏBƏLƏDƏ TÜTÜN YIĞIMI DAVAM EDİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Qəbələdə tütünçülüyün inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. “Qəbələ-Tütün” Açıq Səhmdar Cəmiyyəti rayonda bu sahənin yenidən dirçəldilməsi üçün əhaliyə hər cür yardım edir.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il 500 hektar tütün əkilmiş və yaxşı məhsul yetişdirilmişdir. İndiyə qədər 73 min ip tütün düzülmüşdür ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 min ip çoxdur. Bu il sahələrdən 270 ton məhsul istehsal etmək nəzərdə tutulmuşdur.