Qəbələdə dağlıq ərazidə yanğın baş verib
Bakı, 14 avqust, AZƏRTAC
Qəbələdə dağlıq ərazi yanır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [18:27]
Konstitusiya Məhkəməsinin kollektivi “44” filmini izləyiblər
- 13.11.2026 [18:10]