“Qəbələ” ilk transferini reallaşdırıb
Bakı, 29 iyun, AZƏRTAC
“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabena ilə 1+1 illik müqavilə bağlayıb.
27 yaşlı futbolçu son olaraq Maltanın “Floriana” klubunda çıxış edib. O, buna qədər “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera”, “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [20:43]
Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb
- 12.11.2026 [18:50]
Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək
- 12.11.2026 [16:27]
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub
- 12.11.2026 [15:14]