Qar örtüyü mənzərəsini harada seyr etmək olar?
Bakı, 29 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, dekabrın 28-dən 29-na keçən gecə ölkə ərazisində yağıntılı və nisbətən soyuq hava şəraiti müşahidə olunub.
Departamentdən AZƏRTAC-a bildirilib ki, nəticədə dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.
Nazirlik, həmçinin qar örtüyü mənzərəsini seyr etmək istəyənlər üçün mümkün olan ərazilərin adlarını açıqlayıb. Dekabrın 29-u səhər saatlarına olan müşahidələrə görə Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9, Şahdağ və Xınalıqda 12, Şəki, Sarıbaşda 28-30 santimetr qar örtüyü əmələ gəlib. Həmin rayonlarda hava təmiz və şaxtalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [14:35]
COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO
- 10.11.2026 [12:34]
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
- 10.11.2026 [11:18]
COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub
- 09.11.2026 [21:41]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub