“Qalatasaray” Con Duranı transfer edir
Bakı, 9 iyul, AZƏRTAC
Türkiyənin "Qalatasaray" klubu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən hücumçu Con Duranı heyətinə qatır.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, tərəflər 22 yaşlı kolumbiyalı futbolçunun birillik icarəsi ilə bağlı razılıq əldə ediblər.
Razılaşmaya əsasən, "cim-bom” Duranın illik maaşının 4 milyon avroluq hissəsini ödəyəcək, qalan məbləğ isə "Əl-Nəsr" tərəfindən qarşılanacaq.
Bildirilib ki, futbolçu yaxın günlərdə transferi rəsmiləşdirmək üçün İstanbula yollanacaq.
Qeyd edək ki, Con Duran 2025/2026-cı illər mövsümünün birinci yarısını “Fənərbağça”da, ikinci hissəsini isə icarə əsasında Rusiyanın "Zenit" klubunda keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:20]
Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?
- 13.11.2026 [13:17]
Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək
- 13.11.2026 [13:08]
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib
- 13.11.2026 [12:50]
Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb
- 13.11.2026 [12:05]
Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub
- 13.11.2026 [11:41]