Praqalı Berta fon Zuttner avro əsginasında əks oluna bilər
Praqa, 1 avqust, AZƏRTAC
Avropa Mərkəzi Bankının gələcək avro əsginaslarının dizaynı ilə bağlı layihəsində Praqada doğulmuş Berta fon Zuttnerin təsvirinin istifadə olunması nəzərdən keçirilir.
AZƏRTAC xəbər verir ki, yeni seriyanın əsas mövzularından biri Avropa mədəniyyəti və tarixinə töhfə vermiş görkəmli şəxsiyyətlərdir. 1843-cü ildə Praqada anadan olmuş Berta fon Zuttner yazıçı, publisist və sülh fəalı kimi tanınıb, 1905-ci ildə isə Nobel Sülh Mükafatına layiq görülən ilk qadın olub. Onun məşhur “Silahları yerə qoyun!” əsəri beynəlxalq sülh hərəkatının simvollarından sayılır. İctimaiyyət hazırda namizədlər barədə öz rəyini bildirə bilər. Yekun dizaynın 2026-cı ildə seçilməsi, yeni avro əsginaslarının isə sonrakı illərdə dövriyyəyə buraxılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [19:15]
Nigeriya ordusu 21 İŞİD terrorçusunu məhv edib
- 21.11.2026 [17:21]
Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib
- 21.11.2026 [17:14]
İraqda elektrik stansiyasında yanğın: 4 ölü, 35 yaralı
- 21.11.2026 [14:54]
İndoneziyada 6,8 bal gücündə zəlzələ baş verib
- 21.11.2026 [14:14]
Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]
Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır
- 20.11.2026 [23:05]
Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib
- 20.11.2026 [22:42]
Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib
- 20.11.2026 [21:40]