Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÖZ TALEYİMİZİ MÜƏYYƏN EDƏRKƏN...

Akademik R.Ə.Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” məqaləsi barədə oxucu düşüncələri

Filosoflar və mütəfəkkirlər əsrlər boyu bəşəriyyətin başlıca, qlobal problemi barədə düşünüb-daşınmışlar: bütün kənar riskləri və təhlükələri dəf edə, ölkə daxilində isə bütün vətəndaşların özlərini təmin edə biləcəyi və azad olacağı cəmiyyət yaratmağa qadir dövləti necə, hansı yollarla və hansı ideologiya əsasında qurmaq olar? Bu baxımdan, tarixin müəyyən mərhələlərində “güclü dövlət - azad cəmiyyət” dilemması praktik olaraq həll edilə bilməyəcək problem hesab edilirdi.

Kommunizmin dövlət təsisatları və ideologiyası puç olduqdan sonra, nəhəng sovet imperiyasının dağıntıları üzərində formalaşmış tranzitar cəmiyyətlər isə özləri üçün tarixi yol və milli dövlətçiliyin inkişafının məqbul modelini müəyyən etdikləri bir vaxtda bizim hamımızın yaşamalı olduğumuz keçid dövründə bu məsələlər xüsusi aktuallıq kəsb edir.

Bu baxımdan, Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin kitabları son illərin əlamətdar hadisələrinə çevrilmişdir. Akademik R.Mehdiyev dövlətin idarə edilməsi prosesində bilavasitə və ən fəal şəkildə iştirak etməklə yanaşı, son illərdə dünya politologiyasında və ictimaiyyatşünaslığında da kifayət qədər sanballı sözünü demişdir. Onun “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), “Azərbaycan: qloballaşma dövrünün tələbləri” (2004), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (2006) və nəhayət, “Demokratiya yolunda: irs haqqında düşünərkən” (2007) əsərlərində Azərbaycanın müstəqillik illərində keçdiyi yol sistemli şəkildə təhlil edilmiş və ümumiləşdirilmiş, eləcə də (bu, daha vacibdir) XX əsrin axırı - XXI əsrin əvvəlində bütün dünyada gedən struktur dəyişiklikləri şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkülünün əsas meyillərini və perspektivlərini göstərmək üçün çox uğurlu cəhd edilmişdir.

İndi isə yerli kütləvi informasiya vasitələri Ramiz Mehdiyevin yeni konseptual əsərini geniş oxucu auditoriyasına təqdim etmişdir.

“Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” məqaləsi ölkəmizin keçdiyi yolun fəlsəfi-politoloji şərhi, İlham Əliyevin Prezidentliyinin birinci müddətinin müsbət dərslərinin dərin sistemli təhlili və eyni zamanda gələcəyin strategiyasının müəyyən edilməsi kimi qiymətləndirilməlidir. Bu, bizim hələ qurmalı olduğumuz müstəqil Azərbaycanın müəyyən ideal modelidir. Hamımızın öz missiyamızı yerinə yetirmək üçün görməli olduğumuz işlərdir. Bu, elə bir oriyentirdir ki, cari işlərin arxasında perspektivi və başlıca məqsədi - özünü təmin edən, suveren və güclü dövlət qurmaq məqsədini görməyə imkan verəcəkdir.

Tanınmış rusiyalı politoloq və publisist Lyudmila Lavrova vaxtilə akademik R.Mehdiyevin elmi-fəlsəfi araşdırmalarının ən dəyərli keyfiyyətlərindən birini xüsusi vurğulayaraq demişdi: hakimiyyətdə olan siyasətçilərin əsərlərindən fərqli olaraq, bu araşdırmalar “öz ruhuna və üslubuna görə pafosdan və həqiqəti qəti bəyan etmək iddialarından, müəllifin verdiyi qiymətlərin və çıxardığı nəticələrin mübahisəsiz olması iddialarından uzaqdır.

Azərbaycanın müstəqilliyinin təşəkkülünün, təsadüfi məsuliyyətsiz “təsadüfi hökmdarların” təqsiri üzündən respublika əhalisinin üzləşdiyi sosial kataklizmlərin əyani mənzərəsini göstərən, dünya birliyinə qovuşma yolunun və iqtisadi inkişaf modelinin seçimini əsaslandıran, eyni zamanda, modernləşmənin heç də qərbləşmənin sinonimi olmaması kimi mühüm məqamı vurğulayan müəllif bu məqalənin lap ilk sətirlərində oxucunu birlikdə düşünməyə, dialoqa dəvət edir. Fikrimcə, tədqiqatçı və siyasətçi R.Mehdiyevin ən ciddi və nəcib vəzifələrindən biri cəmiyyətdə, onun elit təbəqələrində, gənclər mühitində fəal sosial düşüncələr, ölkənin taleyi üçün vətəndaş məsuliyyəti hissi oyatmağa çalışmasıdır. Bütün bunlar isə milli özünüidentikləşdirmə ilə yanaşı, beynəlxalq münasibətlərin həqiqi subyekti olan dövlətin möhkəmlənməsinə xidmət edən etibarlı amildir.

Haqqında bəhs etdiyimiz məqalə də bu keyfiyyəti ilə fərqlənir. Müəllifin yazdığı kimi, “təəssüf hissi ilə qeyd etməliyəm ki, milli demokratik tranzit haqqında diskussiyalar ölkədə ictimai müzakirələr amilinə o qədər də tez-tez çevrilmir. Milli inkişafın indiki və gələcək strategiyasına bu cür laqeyd münasibəti izah etmək çətindir. Demokratik inkişafın müvafiq yeri və Azərbaycan reallıqları üçün məqbul olan modeli elmi baxımdan müəyyən edilmədiyi şəraitdə isə siyasi rəhbərlik çox vaxt həm nəzəri, həm də praktik məsələləri həll etməli olur. Halbuki, diskussiyalar məkanı çox genişdir və bu, milli intellektualların disputa çox fəal qoşulmasını tələb edir”.

Bu məqalə də respublika ziyalılarını və siyasətçilərini səriştəli diskussiyaya dəvət edir və eyni zamanda, həmin diskussiyanın uğurlu başlanğıcıdır.

Bir məqam xüsusilə əhəmiyyətlidir ki, bu diskussiyanı təklif edən sadəcə sıravi alim və ya müxalifətdə olan siyasətçi deyil, hazırda ölkənin inkişafının siyasi, iqtisadi və sosiomədəni modelinin seçiminə görə ilk növbədə məsuliyyət daşıyan iqtidarın yüksək vəzifəli nümayəndəsidir.

X X X

Məqalədə deyilir ki, ötən əsrin 90-cı illərinin ortalarında Heydər Əliyev Azərbaycanda müstəqil dövlət yaradılmasına və dövlətçiliyin möhkəmləndirilməsinə, idarəetmə proseslərinin mərkəzləşdirilməsinə və milli iqtisadiyyatda durğunluq prosesinin dayandırılmasına yönəldilmiş sosial-siyasi və iqtisadi dəyişikliklər həyata keçirməyə başladı. Ümummilli lider bu dövləti bir çox cəhətdən özünün nadir fəhmi və onilliklər boyu əvvəlcə bir respublikanın rəhbəri, sonra isə nəhəng sovet imperiyasının rəhbərlərindən biri kimi topladığı əməli təcrübəsi hesabına qurmuşdu.

Tarixin yeni dövründə onun varisinin həyata keçirdiyi modernləşmə qərarlarının bütöv kompleksi Azərbaycanı “yeni davranış normaları və stereotipləri, davamlı siyasi sistemə malik və mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan məkana çevirməyə imkan vermişdir. Səmərəli dövlətçilik strukturunun təşəkkülünün əsasını təşkil edən başlıca tezis Azərbaycanın regional proseslərdə rəqabətədavamlılığını və buna müvafiq olaraq Cənubi Qafqazda tam mənada iqtisadi liderliyini təmin etmək səylərindən ibarət idi”.

Bundan sonra haraya və hansı istiqamətdə hərəkət etməliyik? Demokratik transformasiyanın hansı modelini əsas götürməliyik? Akademik R.Mehdiyev elmi qətiyyət və prinsipiallıqla, Qərbdəki opponentlərin və onların ölkə daxilindəki adeptlərinin narazılığına səbəb olacağına məhəl qoymayaraq, bu suala dəqiq və birmənalı cavab verir: Biz milli inkişaf strategiyasının, demokratik təsisatların və ənənələrin davamlı sisteminin formalaşmasının həlledici amili olan demokratiyaya “hə” deyir, ona yaşıl işıq yandırırıq.

Eyni zamanda, biz demokratik transformasiya ilə Qərbin çox vaxt qərəzsiz olmayan geosiyasi təsiri arasında dəqiq hədd qoyuruq. R.Mehdiyevin məqaləsində qeyd edildiyi kimi, “biz çox vaxt görürük ki, dünyanın bu və ya digər regionunda demokratiya vasitəsilə xarici siyasətin əsas vəzifələri gerçəkləşdirilir və gündəlikdəki məsələlər formalaşdırılır. Demokratik ənənələrin tarixən yabançı olduğu cəmiyyətlərdə milli-tarixi, mədəni və sosial-siyasi özünəməxsusluq amilləri və ictimai şüurun dəyişməsi nəzərə alınmadan birdən-birə yeni davranış normaları formalaşanda artıq bu amillər təəccüb doğurmur... Nəticədə XXI əsrdə demokratiya ən qısa müddətdə nəinki rejimin dəyişməsinə, hətta gərginliyin daha geniş miqyas almasına şərait yarada biləcək təhlükəli geosiyasi silaha çevrilir. Biz İraqda, Əfqanıstanda, Kosovoda və başqa bölgələrdə belə halların baş verməsinin şahidiyik. (fərqləndirmə bizimdir- E.A.).

Məqalə müəllifinin haqlı olaraq qeyd etdiyi kimi, demokratiya - təfəkkür və davranış tərzidir, cəmiyyətin daxilində onun üzvləri arasında qarşılıqlı fəaliyyətin formasıdır. R.Mehdiyevin fikrincə, bu baxımdan biz hələ yolun başlanğıcındayıq, “dərk edirik ki, siyasi məkanın daim yeniləşməsinə ehtiyac var və biz etiraf edirik ki, demokratik inkişafımızın daha mükəmməl və davamlı olması üçün daha da irəli getməliyik”.

Postindustrial cəmiyyətin Azərbaycan modelinin qurulması üsulları haqqında da müəllifin fikirləri çox maraqlı və ibrətamizdir. Respublikada güclü iqtisadi baza formalaşdırılmasının və əhalinin iqtisadi cəhətdən müdafiə olunması üçün zəruri şərait yaradılmasının prioriteti haqqında tezis şəxsən mənim xoşuma gəlir. Başqa sözlə desək, varlı cəmiyyət və müstəqil qərarlar qəbul etməyə qadir olan imkanlı vətəndaşlar kütləvi şüurun və cəmiyyətin sosial-mədəni bazisinin postindustrial dəyərlər və demokratik ənənələr məcrasına mərhələli transformasiyanın əsasıdır.

İnanıram ki, 1990-cı illərin əvvəlindəki “demokratiyanın” acı təcrübəsini görmüş soydaşlarımın əksəriyyəti bu tezislə razılaşacaqdır. O dövrdə bir tərəfdən, SSRİ-nin dağılması dövrünün iqtisadi kollapsı, digər tərəfdən, demokratiyanın guya hər kəsin istədiyi kimi hərəkət edə bilməsi kimi bəsit anlamı Azərbaycanı hərc-mərclik və “hamının hamıya qarşı” müharibəsi vəziyyətinə gətirib çıxarmışdı.

Məqalə müəllifi haqlı olaraq belə hesab edir ki, “iqtisadi amillər həlledici rol oynamaqla iqtisadi yüksəliş və demokratikləşmə bir-birini qarşılıqlı surətdə şərtləndirir”.

R.Mehdiyevin bütün əsərlərindən qırmızı xətt kimi keçən ikinci əsas tezis ondan ibarətdir ki, Azərbaycanda vətəndaş cəmiyyəti Qərb nümunələrini olduğu kimi tətbiq etməklə qurula bilməz və beynəlxalq aləmin əsas oyunçuları liberal demokratiyanın bu və ya digər modelini heç kəsə zorla qəbul etdirməməlidirlər.

Məqalə müəllifi yazır: “Azərbaycan demoktariya yolunu öz xalqının iradəsi ilə seçmiş bir ölkədir. Biz bu yola qədəm qoymaqla ümid edirik ki, bütün demokratik normalara riayət etməklə, özümüzün tarixi, geosiyasi və başqa xüsusiyyətlərimizi nəzərə almaqla azadlıq və demokratiya prinsiplərinin reallaşdırılmasını təmin edəcəyik. Möhkəm və suveren dövlətçiliyin formalaşması şəraitində Azərbaycan xalqı konsolidasiya olunmuş demokratiya cəmiyyəti yaradılması yolu ilə hərəkətin sürəti, müddəti və şərtlərini müstəqil şəkildə müəyyən etməyə qadirdir”.

Akademik R.Mehdiyevin məqaləsində irəli sürülən üçüncü tezis iqtidar komandasının ayrı-ayrı nümayəndələrinə müəyyən mənada xəbərdarlıq kimi səslənir və bir növ şərəf kodeksidir ki, hər bir namuslu və həqiqətən məsuliyyətli dövlət funksioneri onu rəhbər tutmalıdır: “Dövlət hakimiyyətinin möhkəmliyi bir çox cəhətdən iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərini müdafiə etmək... qabiliyyəti ilə müəyyən olunur. Lakin əgər dövlət hakimiyyəti artıq cəmiyyət üçün işləmirsə, öz fəaliyyətini yalnız ayrı-ayrı qruplara, öz aparatına xidmət edilməsi ilə məhdudlaşdırırsa, o, bununla vətəndaşların dövlətdən və onun təsisatlarından təcrid olunmasına kömək edir, cəmiyyət ilə hakimiyyət arasında münaqişə üçün şərait yaradır”.

Mənim fikrimcə, bu məqalənin əsas nəzəri dəyəri və praktik əhəmiyyəti ondan ibarətdir ki, burada Prezident İlham Əliyevin ölkənin modernləşdirilməsinə, daxili və xarici siyasətdə milli mənafelərin bundan sonra da reallaşdırılmasına yönəlmiş xəttini davam etdirməyin zəruriliyi təmtəraqlı ifadələrdən, bəlağətdən istifadə etmədən, dəqiq politoloji təhlil və dərin dünyabaxışı əsasında inandırıcı şəkildə sübut olunur.

X X X

Məqalənin sonunda müəllif gələcəkdə Prezidentin komandasının həll etməli olduğu əsas məsələləri sadalayır.

Birincisi, iqtisadi sistemin sabitliyi labüd surətdə ictimai şüurun daha geniş demokratikləşməsinə doğru aparır;

İkincisi, ölkə Prezidenti Azərbaycanın Cənubi Qafqazda regional lider rolunu möhkəmlətməklə, gələcəkdə xarici siyasi fəallığın artırılması strategiyasının vektorunu Şərqə də yönəldəcəkdir, çünki XXI əsrdə əsas siyasi hadisələr bu bölgədə cərəyan edəcəkdir. Bununla bərabər, Azərbaycan nəinki Avropanın enerji təhlükəsizliyi amili kimi çıxış etməyə, həm də Şərqdə təhlükəsizlik arxitekturasının formalaşmasının mühüm aspektinə çevrilməyə qabildir.

Üçüncüsü, milli iqtisadiyyatın liberallaşdırılması prosesi onun artım səviyyəsi ilə sıx bağlıdır və bu proses davam edəcəkdir.

Dördüncüsü, son illərdə ölkədə milli ideyanın formalaşması üçün məkan yaranmışdır. Bu ideya təməli Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik konsepsiyasına söykənir və müasir Azərbaycanın modernləşməsi xəttinə əsaslanacaqdır.

Beşincisi, qarşıdakı illərdə İlham Əliyevin əsas vəzifəsi məhz millətin intellektual bazisinin yeniləşdirilməsi və genişləndiriməsindən ibarət olacaqdır. Bu bazis gələcək üçün inkişaf strategiyasını müəyyən edəcəkdir.

Altıncısı, regional siyasətin müstəqil mərkəzi kimi bəyan edilmiş mövqeləri təsdiqləmək üçün lokal məsələlərin həllində və qlobal problemlərə geniş cəlb olunmaqda fəal diplomatiyadan istifadə edilməsi zəruridir.

Yeddincisi, dövlətin regional proseslərə təsiri ölkənin güclənməsi və onun müdafiə qabiliyyətinin təkmilləşdirilməsi ilə sıx bağlıdır.

Fikrimcə, məqalə müəllifi ən mühüm məsələlər sırasında “vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü” məsələsini heç də təsadüfən birinci yerə qoymamışdır. Bu, həm də qeyri-hökumət təşkilatlarının keyfiyyətcə inkişafı məsələsidir, xaricdə hazırlanmış, məqsəd və maraqları həyata keçirən bu təşkilatların bir çoxu öz rollarına yenidən nəzər salmalıdırlar. “İqtidar-müxalifət” siyasi dialoqu mədəniyyətinin formalaşması, bir çox cəhətdən itirilmiş “dördüncü hakimiyyət” mövqeyini özünə qaytarmalı olan həqiqətən müstəqil və maliyyə baxımından özünü təmin edə bilən mətbuat yaradılması, vətəndaşların yerli özünüidarə mövqelərinin möhkəmləndirilməsi də bu qəbildəndir. R.Mehdiyevin fikrincə, bütün bu komponentlər “Azərbaycan sosiumunun inkişafının üç əsas amilini - milli birlik və siyasi suvereniliyi, iqtisadi firavanlığı, mənəvi vəhdətin və bizi birləşdirən mənəvi dəyərlərin bütövlüyünü təmin etməlidir”.

X X X

 Prezident İlham Əliyev 2006-cı il oktyabrın 2-də üçüncü çağırış Milli Məclisin payız sessiyasının açılışında demişdir: “Bütün istiqamətlər üzrə bizim proqramlarımız var. Hər bir istiqamət üzrə bizim baxışlarımız var, bilirik ki, biz nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaqdır. Nəticədə isə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq...”.

R.Mehdiyev öz məqaləsini XX əsrin böyük siyasətçisi Uinston Çorçillin nitqindən bir sitatla tamamlayır: “...Biz bu çətin vəzifənin öhdəsindən gəlməyə borcluyuq və mən şübhə etmirəm ki, bu, bizə müyəssər olacaqdır”.

Alimin nikbinlik üçün hər cür əsası vardır. Axı irəliləmək, tərəqqi etmək üçün ilk növbədə, haraya və hansı istiqamətdə hərəkət etmək lazım olduğunu bilmək zəruridir. Akademik R.Mehdiyevin yeni konseptual əsərində bu məsələ çox parlaq şəkildə həll edilir.

Elmira Axundova,

Azərbaycan Milli Məclisinin deputatı,

respublikanın əməkdar jurnalisti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB