Azərbaycan Dövlət İnformasiya Agentliyi

Onda Vətən bizə oğul deyər...

Onda Vətən bizə oğul deyər...

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin ərazisinin 32 min 774 hektardan çoxunu meşə örtüyü təşkil edir. Murovdağ silsiləsində 3 min 724 metr hündürlüyündə olan Camışdağ və 3 min 616 metr hündürlüyündə olan Dəlidağ bu rayonun ərazisində yerləşir. 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunan vaxt rayon 144 kəndi və 1 şəhər tipli qəsəbəni özündə birləşdirirdi. Tutqun, Tərtər və Qamışlı çayları Kəlbəcər rayonunun ərazisini üç böyük zonaya bölür: 41 yaşayış məntəqəsini özündə birləşdirən Tutqunçay dərəsi həm də “Qoturlu dərəsi” adlanır, Tuneldən rayon mərkəzinə doğru uzanan Çay zonası və 29 kənddən ibarət Ayrım dərəsi.

Bu barədə AZƏRTAC-a araşdırmaçı jurnalist Elxan Salahov məlumat verib. O, Kəlbəcərdə ermənilərin törətdiyi dəhşətli hadisələrdən bəhs edən “Qanlı kaha” və “Tanrı yoxuşu” kitablarının müəllifidir. Hazırda rayonun tarixindən bəhs edən üçüncü kitab üzərində işləyən müsahibimiz deyib: “1992-ci il aprelin 7-dən 8-nə keçən gecə işğalçı Ermənistanın Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin Ağdaban kəndinə hücum edərək evləri yandırmış, dinc əhaliyə qarşı kütləvi qırğın törətmişdi. Faktiki olaraq 130 təsərrüfatdan ibarət kəndin sakinləri yaz gecəsinin şirin yuxusunda ikən evləri yandırılıb, mal-mülkü talan edilib, sakinlər isə dəhşətli məhrumiyyətlərlə üzləşiblər. Ermənilər həmin gecə kənddə 779 dinc sakinə divan tutublar. Qəsbkarlar yaşlı, qoca, qadın və uşaqları ən qəddar üsullarla qətlə yetirilərək soyqırım aktı törədiblər. Ağdaban faciəsi zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 90 yaşından yuxarı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri ocaqda yandırılıb. Həmçinin 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.1993-cü ildə ermənilər Kəlbəcər rayonunun işğalına yenə də Ağdabandan başlayıb. Martın 27-də erməni hərbi birləşmələri hücum edərək kəndi viran qoyub, burada ikinci dəfə qan su yerinə axıdılıb. Ağdabanın işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunmasına gətirib çıxardı”.

Elxan rayonun işğalı barədə söhbətini davam etdirərək deyib: “1993-cü il martın 31-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər-Başlıbel yolu üzərindəki tuneldə mülki əhaliyə qarşı törətdiyi amansız qətliam həmin dəhşətli hadisələrin növbəti silsiləsidir. Ölkəmizin özünümüdafiə qüvvələri Murovun ətəklərinə doğru sıxışdırıldıqca işğalçıların mühasirəsində köməksiz qalan dinc əhali daha böyük faciə yaşayırdı. Ermənilər uzunluğu 200 metr olan tunelin Ağdərəyə tərəf çıxışının 150 metrliyində pusqu quraraq buradan keçən avtomobilləri atəşə tutur, kütləvi qətllər törədirdi. Rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirən tunelin yaxınlığında qəddarcasına gülləboran etdiyi mülki əhalinin 25 nəfəri Kəlbəcərin Kilsəli, 52 nəfəri Laçın rayon sakini idi. Həmin vaxt Laçın rayonunun Şamkənd kəndindən olan Yusif Əliyev və ailə üzvləri “UAZ” markalı minik maşınında qətlə yetirilib. Bu dəhşətli qətliam “Karo” və “Avo” ləqəbli ermənilərin başçılıq etdiyi quldur dəstəsi tərəfindən həyata keçirilib.

Bunun ardınca rayonun işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini və Laçından gələn 13 hərbçi mühasirədə qalaraq dörd aya yaxın dağlardakı kahalara sığınaraq orada yaşamaq məcburiyyətində qalıb. Onlar kahalarda 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra hərbi texnika və döyüş maşınları ilə onların üzərinə hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. Mühasirə həyatı yaşayanlardan yalnız 29 nəfəri çox böyük çətinlikləri dəf edəndən sonra iyulun ortalarında erməni mövqelərindən yayınaraq xilas olublar”.

Birinci Qarabağ müharibəsində Kəlbəcərdən 220 hərbçi, 262 mülki şəxs şəhid olub, əsir, itkin və girovların dəqiq sayı isə indiyədək məlum deyil. 2020-ci ilin payızında xalqımızın apardığı haqq savaşında Kəlbəcər rayonun 36 gənci torpaqlarımızın azadlığı uğrunda şəhid olub.

Araşdırmaçı jurnalist son üç ildə 23 dəfə doğma rayonu ziyarət edib. “Üçüncü qışdır ki, 27 il 8 aylıq işğaldan sonra azadlığına qovuşmuş Kəlbəcərin qürurunu yaşayırıq, yurd yanğısı ilə dağlanmış ürəyimizə təpər gəlib”, - deyə müsahibimiz söhbətinə davam edir: “İndi dağlar diyarı Kəlbəcərdə üçrəngli Bayrağımız dalğalanır. Bu bayraqda otuz beş min şəhidin qanı, yüz minlərlə qazinin fədakarlıq və şücaəti, 700 mindən artıq məcburi köçkünün naləsi, minlərlə əsir və girovun işgəncə yarası var. Xankəndidə ucaldılan bayraq 30 ilə yaxın müddət ərzində Qarabağda itirilənlərin haqqıdır. Bu möhtəşəm Zəfərə görə əlinə silah götürüb torpağımızın müdafiəsinə qalxan hər kəsə, Milli Ordunun zabit və əsgərlərinə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə çox minnətdarıq. Açığını demək lazımdır, belə bir Zəfərə, hər qarışına sahib ola biləcəyimiz Qarabağın qayıdacağına inanmaq çətin idi. Əlbəttə, ümidimizi heç vaxt üzməmişdik, amma bununla belə əldə etdiklərimiz də inanılmaz və çox böyükdür. Doğrudur, bu Qələbənin yolu uzun və ağır oldu, amma oldu. Bundan sonra bu Qələbənin, bu Zəfərin keşiyində durmaq, onu qorumaq ən başlıca vəzifəmiz olmalıdır. Bu müqəddəs torpağın bir qarışına da kimsə göz dikə bilməz. İnanıram və əminəm ki, onu çox böyük ləyaqətlə qoruya biləcəyik! Kəlbəcərə, şəhidlərimizin qanı tökülən bu müqəddəs torpaqlara bir daha düşmən ayağı dəyməyəcək”.

Elxan doğma yurd haqqında söhbətini belə yekunlaşdırıb: “Uzun illər həsrəti ilə yanıb-yaxıldığımız Vətən torpağını dəfələrlə ziyarət etməkdən doymuram. Kəlbəcərə qayıtmaq, ömrümün qalan hissəsini ata-baba ocağında yaşamaq, bu torpağın azadlığı uğrunda can verən, qan tökən, əzalarını itirən oğulların arzularını göyərtmək istəyirəm. Elə bilirəm ki, onda şəhid olanların ruhu şad olar, yarımcan və yaralı döyüşçülərin qəlbi sevinər, özüm isə rahatlıq taparam. Məşhur şairin dediyi kimi, onda Vətən də bizə oğul deyər”...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ADPU-da Konstitusiya Günü qeyd olunub

Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

Avropanın gələcəyi faciəlidir

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcəklər

Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır - ŞƏRH

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

“Müharibə və insan” adlı silsilə film nümayişləri yekunlaşıb

Azərbaycan “Xəzərdən Çinə: Sivilizasiyalararası qarşılıqlı öyrənmə” mövzusunda beynəlxalq konfransda təmsil olunub

Birləşmiş Ştatlarda benzinin qiyməti iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb

BMT-nin Baş katibi: İqlim ədaləti qarşıdakı onilliyin əsas vəzifəsidir

ABŞ-də xam neft hasilatı gələn il rekord həddə çatacaq

Romada bomba xəbərdarlığına görə bir neçə məktəb təxliyə edilib

Avstriya Aİ-ni qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

Tayland sahillərində neft tankerinin batması nəticəsində 6 ekipaj üzvü itkin düşüb

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

Əvəz Quliyev: Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir

BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

Hər baxışda bir ümid - COP31-dən rəngli FOTOLAR

Bu il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Ali təhsildə süni intellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edir

Səadət Şıxıyeva: Qənbəroğlunun ədəbi mirası xüsusi tədqiqə layiqdir

“Bayraktar Teknoloji” Azərbaycan 2027-ci il üzrə təcrübə proqramına qəbul elan edib

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

Qulu Ağsəs: “Saat 6-nı gözləyirəm” müharibənin və Zəfərin kitabıdır

“SpaceX” “Starlink” peyk internet terminalının yeni versiyasını təqdim edib

Qazaxıstan beynəlxalq yükdaşımalarında elektron qaimələrə dair protokolu ratifikasiya edib

Azərbaycan güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

Əbu-Dabidə üçtərəfli danışıqların ikinci mərhələsi keçirilir

Sahil Babayev: Gələn ildən rayonlarımızın dotasiyadan asılılığı olmayacaq

Analitik: Avropalı tərəfdaşların texniki biliklərini Azərbaycanla bölüşməsi enerji infrastrukturunun təkmilləşdirilməsinə şərait yarada bilər

Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Polşada yaşayan azərbaycanlıların Koordinasiya Şurasına seçkilər keçirilib

Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO

Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO

İdman direktoru: “Sabah”ın “Trabzonspor” üzərində qələbəsi xüsusi əhəmiyyət daşıyır

Komitə sədri: Vətəndaşlarımızın həssas təbəqəsinin rifah halının yaxşılaşdırılması üçün də kifayət qədər büdcə nəzərdə tutulub

Azərbaycan çayına COP31-də də çox böyük maraq var VİDEO

Azərbaycan çayına COP31-də də çox böyük maraq var VİDEO

Abşeron rayonunda valideynlərlə görüş: narkomaniya ilə mübarizədə ailənin rolundan bəhs olunub

Antalyadan COP31 mənzərələri - EKSKLÜZİV FOTOREPORTAJ VİDEO

Antalyadan COP31 mənzərələri - EKSKLÜZİV FOTOREPORTAJ VİDEO

Arzu Nağıyev: Kibertəhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizlik məsələsidir

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi yazı və rəsm müsabiqələrini elan edib

Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ

Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda medal qazanıb

İran Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb