Oğuzda cücə ferması yanıb
Oğuz, 21 aprel, AZƏRTAC
Oğuzda fermerə məxsus cücə fermasında yanğın baş verib. Hadisə rayonun Padar kəndi ərazisində fermer təsərrüfatında qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Müşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğın nəticəsində fermanın 250 kvadratmetr dam örtüyü və cücə yetişdirmək üçün istifadə olunan 1 ədəd inkubator avadanlığı yanıb. Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğının digər tikililərə keçməsinin qarşısı alınaraq söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [12:01]
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO
- 10.11.2026 [09:55]
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO
- 09.11.2026 [23:43]
Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO
- 09.11.2026 [18:41]
Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb
- 09.11.2026 [17:34]
Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
- 09.11.2026 [22:50]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:18]
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib
- 09.11.2026 [22:13]
Qarsda Zəfər yürüşü təşkil edilib
- 09.11.2026 [22:10]
Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb
- 09.11.2026 [22:09]