“Neftçi” yeni transferini reallaşdırıb
Bakı, 31 avqust, AZƏRTAC
“Neftçi” dayaq yarımmüdafiəçisi transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, xorvatiyalı Viçko Şevel “ağ-qaralar”ın yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək.
Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026-2027-ci il mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [22:11]
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
- 10.11.2026 [21:58]
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
- 10.11.2026 [20:25]
Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib
- 10.11.2026 [18:57]
Tofiq Musayev: Biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq
- 10.11.2026 [16:01]
Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO
- 10.11.2026 [00:00]
Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar
- 09.11.2026 [22:18]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:13]
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib