“Neftçi” klubu iki müdafiəçi transfer edib
Bakı, 28 iyun, AZƏRTAC
“Neftçi” komandası daha iki futbolçunu transfer edib.
Klubdan AZƏRTAC-a bildirilib ki, Murad Xaçayev və Elvin Bədəlov heyətə cəlb olunub.
Xaçayevlə 2 illik müqavilə bağlanıb. Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. Murad milli komandanın heyətində 1 oyun keçirib.
Bədəlov isə 2 illik sözləşməyə imza atıb. Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi 2014-2017-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. O, millidə 10 oyun keçirib.
Qeyd edək ki, hər iki futbolçu “Sumqayıt”da hazırda “Neftçi”nin baş məşqçisi olan Samir Abasovun rəhbərliyi altında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:20]
Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?
- 13.11.2026 [13:17]
Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək
- 13.11.2026 [13:08]
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib
- 13.11.2026 [12:50]
Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb
- 13.11.2026 [12:05]
Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub
- 13.11.2026 [11:41]