“Neftçi” hücumçu transferini rəsmiləşdirib
Bakı, 10 avqust, AZƏRTAC
“Neftçi” mərkəz hücumçusu transferini rəsmiləşdirib. Nigeriyalı Aaron Olanare ilə 1 illik müqavilə bağlanıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu komandanın heyətində 25 nömrəli formanı geyinəcək.
Aaron Olanare Nigeriyanın “Şutinq Stars” (2010-2011), “Dolfin” (2011-2012), “Volerenqa” (2012-2013), Norveçin “Sarpsborq” (2013-2014), Çinin “Quanço Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ÇSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar Yerusəlim” (2018-2019) və Türkiyənin “Erzurumspor” (2021-2023) klublarında çıxış edib. Nigeriya milli komandasının heyətində 7 oyun keçirən hücumçu 2 qol vurub. 2015/16 mövsümündə ÇSKA ilə Rusiya çempionu olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri - qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi və sol vinger Andre Şinyaşiki ilə anlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [22:11]
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
- 10.11.2026 [21:58]
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
- 10.11.2026 [20:25]
Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib
- 10.11.2026 [18:57]
Tofiq Musayev: Biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq
- 10.11.2026 [16:01]
Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO
- 10.11.2026 [00:00]
Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar
- 09.11.2026 [22:18]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:13]
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib