NBA-da ilk finalçı müəyyənləşib
Bakı, 29 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) ilk finalçı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Oklahoma-Siti Tander” doğma meydanda “Minnesota”nı qəbul edib. Görüş ev sahiblərinin 124:94 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın bombardiri 34 xalla kanadalı müdafiəçi Şay Gilqeus-Aleksandr olub. Çet Holmqren 22, Ceylen Uilyams 19 xalla yadda qalıb.
Qonaqların heyətində isə 24 xalla Julius Rendl fərqlənib. Entoni Edvards 19, Naz Rid və Terrens Şennon hərəyə 11 xal toplayıblar.
Bu nəticədən sonra “Oklahoma-Siti Tander” seriyada hesabı 4:1 edib və NBA-nın finalına vəsiqə qazanıb. Komanda həlledici oyunda “İndiana Peysers” və ya "Nyu-York Niks"lə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:50]
Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək
- 12.11.2026 [16:27]
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub
- 12.11.2026 [15:14]
Tayson Fyuri – Entoni Coşua döyüş gecəsinin əsas proqramı açıqlanıb
- 12.11.2026 [15:00]