Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvandan başlanan milli dirçəliş

Naxçıvan, 13 noyabr (AZƏRTAC). XX əsrin 90-cı illərində Azərbaycanda demokratik proseslərin önündə gedən Naxçıvan doğma Azərbaycanımızın gələcəkdə müstəqil - azad bir dövlət kimi yaşaması üçün öz qəti iradəsini göstərərək müstəqillik tariximizdə əvəzsiz rol oynadı. Milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlandı. Naxçıvanın taleyində həlledici rol oynayan qərarlar sonralar Azərbaycana da böyük siyasi təsir göstərdi. Xalq Naxçıvanda gedən demokratik dövlət quruculuğu prosesini dəstəkləyərək bütün ölkədə bu cür demokratik islahatların həyata keçirilməsini təkidlə tələb etdi.

Sovet İttifaqının dağılması ərəfəsində ulu öndər Heydər Əliyev siyasi bacarığı ilə Azərbaycan xalqını bəlalardan qorudu. Ümummilli liderimiz 1990-cı il iyulun 22-də Naxçıvana gələrək burada xalqın dərdinə şərik çıxdı. O zaman Heydər Əliyev simasında özlərinə güclü siyasi rəqib görən iqtidar bu böyük şəxsiyyətin dövlətçilik təcrübəsindən Azərbaycan xalqının rifahı naminə lazımınca istifadə etmədi. Heydər Əliyev doğulduğu vətəninə - Naxçıvana gəldi. Naxçıvanda əhali Heydər Əliyevi böyük sevinc və ümidlə qarşıladı. Müdrik siyasətçinin rəhbərliyi altında Naxçıvanda dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il avqustun 4-də Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi geniş nitqində bu barədə demişdir: “Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi.”

Qeyd etmək yerinə düşər ki, 1990-cı ildə həm Azərbaycan SSR xalq deputatlarının, həm də yerli xalq deputatları sovetlərinin deputatlarının seçkiləri keçirildi. Həmin seçkilərin birinci turunda ulu öndər Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatı seçilir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 12-ci çağırış birinci sessiyası öz işinə başladı. Sessiyanın aparılmasını deputatlar yekdilliklə sıravi xalq deputatı Heydər Əlirza oğlu Əliyevə həvalə etdilər. Həmin tarixi sessiyada ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan milli dövlətçiliyinin dirçəlişi istiqamətində üç tarixi qərar qəbul edildi. Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılacaq bu üç qərar - “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında” və “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” olan qərarlar sonralar Azərbaycan xalqının müstəqillik, milli dövlətçilik, milli dirçəliş yolunda qəbul edilən ilk rəsmi sənədlər idi.

Həmin sessiyada Heydər Əliyevin rəhbərliyi ilə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında” qəbul edilən qərar bütün Sovet İttifaqını silkələdi. Bu tarixə kimi kimliyindən asılı olmayaraq kimsə belə bir qərar layihəsini nə hazırlamışdı, nə də qəbul edilməsinə cəhd göstərmişdi. Həqiqət budur ki, 70 il yaşamış böyük bir imperiyanın əsasları bu qərarın qəbulu ilə sarsıldı. İmperiyanın süquta məhkum olduğu sübut edildi. Tarixdən məlumdur ki, Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyun ayının 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlandırılmışdı. Qəbul olunmuş “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında” qərardan sonra isə Naxçıvanın adından “sovet”, “sosialist” sözləri əbədi olaraq çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.

Ulu öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Həmin sessiyada ümummilli liderimizin təklifi belə idi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda, Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında qərar qəbul etsin”.

Üç maddədən ibarət qərarın birinci maddəsində deyilir: “İlk Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilsin”. Qərarın digər iki maddəsində göstərilir ki: “Naxçıvan Muxtar Respublikasının digər Dövlət rəmzi - Dövlət gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin” və “Azərbaycan Demokratik Respublikasının üçrəngli Dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in Dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

Bu qərarın qəbulundan sonra yeni qəbul olunmuş üçrəngli bayraq zala gətirilir. Beləliklə, Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edərək müqəddəsliyə yüksəltdi.

Həmin dövrdə Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının xalq deputatı kimi fəaliyyət göstərən Heydər Əliyevin Naxçıvan parlamentində qəbul etdiyi qərarlar təkcə muxtar respublika üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi. Nəzərə alsaq ki, müstəqil dövlətin əsas atributları Dövlət bayrağı, gerb və dövlət himnidir, onda artıq ümummilli liderimiz üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edib, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdı. Həmçinin, gerb haqqında məsələnin öyrənilib Ali Məclisə təqdim etmək barədə qərar qəbul etmişdi. Deməli, müstəqillik yolunda ilkin addımlar ümummilli liderimiz tərəfindən Naxçıvanda atılmışdı və bu, o vaxt baş verirdi ki, SSRİ kimi imperiya hələ tarix səhnəsindən silinməmişdi. Bununla Naxçıvanda başlanan demokratik proseslər tezliklə Azərbaycanı ayağa qaldırdı. Həmin vaxt Naxçıvan artıq Azərbaycanın siyasi mərkəzinə çevrilmişdi. Bakıda oturaraq ölkənin müstəqilliyi barədə qərar qəbul etməyə tərəddüd edən o vaxtkı iqtidar bütün bu addımları düzgün qiymətləndirə bilmir, ya da qiymətləndirmək istəmirdi. Lakin Naxçıvan Ali Məclisi Heydər Əliyevin rəhbərliyi ilə artıq milli dövlətçilik ənənələrinin təşəkkül tapmasına istiqamətlənmiş mühüm tarixi qərarları qəbul etməkdə davam edirdi. Ümummilli liderimiz doğulduğu Naxçıvan torpağında bu cür tarixi qərarları qəbul edir, xalqla həmrəylik nümayiş etdirirdi. Bildiyimiz kimi, həmin dövr Naxçıvan tarixində ən ağır və ziddiyyətli bir dövr idi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyar 1988-ci ilin sonlarında özünün ağır günlərini yaşayırdı. Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə deyirdi: “...Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu...”. Həqiqətən o illər muxtar respublika əhalisi tarixin ağır sınaqları qarşısında qalmışdı. İndiki Ermənistan ərazisindən keçən yeganə avtomobil yolu 1988-ci ildən erməni millətçiləri tərəfindən tamamilə bağlanmışdı. 1991-ci il dekabrın 8-dən muxtar respublikaya təbii qazın verilməsi, 24 aprel 1992-ci il tarixdən dəmir yolunun bağlanması, 13 iyul 1992-ci il tarixdən isə elektrik enerjisinin kəsilməsi muxtar respublikada mövcud olan böhranı daha da kəskinləşdirmişdi. Beləliklə, Azərbaycanın əsas ərazisindən ayrılan, Bakı ilə kommunikasiya xətlərindən birdəfəlik məhrum olan Naxçıvan tam blokada vəziyyətinə düşmüşdü. Belə bir tarixi şəraitdə ümummilli liderimizin doğulduğu Naxçıvan torpağına tarixi qayıdışı bütün Naxçıvan əhalisində gələcəyə inam hissini oyatdı.

3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda mövcud ictimai-siyasi böhranı aradan qaldırmaq istiqamətində yorulmaz fəaliyyətə başladı. Muxtar respublikanın siyasi və hüquqi əsaslarının gücləndirilməsi, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ümummilli liderimizin rəhbərliyi ilə bir sıra layihələr hazırlanıb həyata keçirildi. Heydər Əliyev dühası və dövlətçilik təcrübəsi sayəsində heç kəsin görə bilməyəcəyi işlər muxtar respublikada qısa müddətdə həyata keçirildi. Əvvəlcə hadisələrin sürətlə fəlakətə doğru inkişafının qarşısı alındı. Muxtar respublikanın ağır hərbi blokada şəraitindən çıxarılması istiqamətində gərəkli addımlar atıldı. Muxtar respublikanın sərhədlərinin müdafiəsi istiqamətində mühüm işlər görüldü. Milli ordu hissələrinin, ilk milli sərhəd dəstəsinin yaradılması Naxçıvanda başladı. Sovet qoşun hissələrinin və sərhəd dəstələrinin hərbi qulluqçuları Azərbaycanın digər bölgələrindən fərqli olaraq Naxçıvandan çıxarıldı. Sovet ordusunun bu ərazidəki silah və sursatı alınıb Milli Ordu hissələrinə verildi. Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısı alındı. İqtisadi islahatlara başlanıldı, sahibkarlığın inkişafına şərait yaradıldı. Heydər Əliyevin Naxçıvanı düşdüyü ağır blokada şəraitindən xilas etmək, zəruri ərzaq və yanacaq tələbatını ödəmək məqsədi ilə apardığı uğurlu xarici və daxili siyasət öz bəhrəsini verdi. Ümummilli liderimizin Naxçıvanda müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının ona olan ümidlərini bir daha artırırdı. Xalqın məhəbbət və dəstəyinə güvənən ümummilli liderimiz isə bütün bunları özünəməxsus enerji, işgüzarlıq, qətiyyət və çevikliklə həyata keçirirdi.

Qeyd etmək yerinə düşər ki, 1990-cı ilin kəşməkəşli iyul günlərində doğma vətəninə qayıdaraq xalqa nicat və qurtuluş yolunu göstərən Heydər Əliyev elə Naxçıvanda Azərbaycan xalqının müstəqilliyi naminə yorulmadan çalışırdı. Həmin illərdə ulu öndər xalqı azadlıq, müstəqillik uğrunda mübariz olmağa çağırdı. Sıravi deputat kimi Heydər Əliyev “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsini işləyib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etdi. Heydər Əliyevin siyasi fəallığı nəticəsində qəbul olunan bu qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verildi. Belə bir ağır şəraitdə - siyasi oyunbazlıqla məşğul olan səriştəsiz rəhbərlərin başı hakimiyyət uğrunda mübarizəyə qarışdığı bir vaxtda Naxçıvanda yaşayıb fəaliyyət göstərən ulu öndərimiz Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə hər zaman düzgün yol göstərirdi.

Azərbaycan Ali Sovetində 1991-ci il martın 7-də SSRİ-nin saxlanılmasına dair ümumittifaq referendumunun keçirilməsi haqqında məsələ müzakirə ediləndə xalq deputatı Heydər Əliyev SSRİ-nin saxlanılmasına münasibət bildirilməsi üçün keçiriləcək ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxaraq deyirdi: “...Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt qoymadan, tam əleyhinəyəm... Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir”.

Bunun ardınca Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası “SSRİ-nin saxlanılmasına dair ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə” qərar qəbul etdi. Ümummilli liderimizin rəhbərliyi ilə 26 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına münasibətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatı barədə” qərar qəbul etdi. Dünyada yaşayan soydaşlarımızın həmyerliliyinə böyük ehtiyac duyulduğunu hiss edən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin dekabrın 16-da “31 dekabr dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərar qəbul etməklə gələcəkdə 50 milyonluq bir xalqın vahid mövqedən çıxış etməsinin əsasını qoydu. Heydər Əliyev dühası Naxçıvanda yeni, gənc müstəqil dövlətin hüquqi-siyasi bazasını yaratdı.

Beləliklə, ümummilli liderin rəhbərliyi ilə Naxçıvanda başlanan demokratik proseslər, milli dirçəliş yolunda atılan ilk addımlar tezliklə Azərbaycanın müstəqil dövlətə çevrilməsi yolunda əvəzsiz rol oynadı. Bu illər müasir dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir. Naxçıvan tarixin bütün dövrlərində olduğu kimi, XX əsrdə də Azərbaycanda gedən bütün ictimai-siyasi proseslərdə özünəməxsus rol oynadı. Naxçıvanı siyasi mərkəzə çevirən, onu qoruyan ulu öndərimizin qətiyyəti, iradəsi, siyasi uzaqgörənliyi Azərbaycanın müstəqilliyini şərtləndirdi. Naxçıvanda 1990-cı ilin 17 noyabrında başlanan milli dirçəliş prosesi 1993-cü il iyunun 15-də yenə də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Milli Qurtuluş mərhələsinə qədəm qoydu.

Rabil Kətanov

AZƏRTAC-ın müxbiri

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı

QHT Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb