Misirdə 5,2 bal gücündə zəlzələ olub
Qahirə, 17 iyun, AZƏRTAC
Misirin Hurhaqa vilayətinin şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Misirin Astronomiya və Geofizika İnstitutu məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanlar ölkənin Qırmızı dəniz bölgəsi və Yuxarı Misir bölgələrində də hiss olunub. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, 1992-ci ildə Misirin bu bölgəsində baş vermiş 5,6 bal zəlzələ nəticəsində 541 nəfər həyatını itirmişdi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [21:01]
Nigeriyada gəmi qəzası: 50-dən çox insan ölüb, axtarışlar davam edir
- 21.11.2026 [20:03]
Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]