MİLLİ MƏCLİSDƏ QƏBUL
Qonağı səmimi qarşılayan parlamentin sədri Murtuz Ələsgərov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı və bildirdi ki, bu əlaqələrin yaranmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin İrana rəsmi səfərləri və bu səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər Azərbaycan-İran münasibətlərinin inkişafı üçün möhkəm zəmin yaratmışdır. İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin Azərbaycana rəsmi səfəri də münasibətlərimizin inkişafında mühüm rol oynamışdır. Sonra Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin bu il avqustun 5-də ölkəmizə rəsmi səfəri, dövlətlərimizin başçılarının danışıqları, imzalanmış sənədlər, Milli Məclisdə görüşlər haqqında məlumat vermiş, bu səfərin Azərbaycan-İran münasibətlərində yeni mərhələ olduğunu diqqətə çatdırmışdır.
Söhbət zamanı parlamentin sədri Azərbaycan ilə İran arasında mövcud dostluq əlaqələrinin inkişafında İranın ölkəmizdəki səfiri Əhəd Qəzainin fəaliyyətindən söz açdı və ona, burada çalışdığı dörd il ərzində gördüyü səmərəli işlərə görə təşəkkürünü bildirdi. Sədr son illər Azərbaycan ilə İran arasında parlamentlərarası əlaqələrin inkişafından, 1998-ci və 1999-cu illərdə Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyətlərinin İrana rəsmi səfərlərinin əhəmiyyətindən danışdı, dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi. Milli Məclisin sədri İran parlamentinin sədri başda olmaqla nümayəndə heyətini Azərbaycana dəvət etdi.
İran İslam Respublikasının ölkəmizdəki səfiri Əhəd Qəzai səmimi qəbula və onun haqqında deyilən xoş sözlərə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirdi və Azərbaycanı heç zaman unutmayacağını dedi. Səfir ümidvar olduğunu bildirdi ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri bundan sonra daha geniş miqyasda inkişaf edəcəkdir.
Görüşün sonunda parlamentin sədri Murtuz Ələsgərov səfir Əhəd Qəzaiyə gələcək fəaliyyətində böyük uğurlar arzuladı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
- 09.11.2026 [22:50]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:18]
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib
- 09.11.2026 [22:13]
Qarsda Zəfər yürüşü təşkil edilib
- 09.11.2026 [22:10]
Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb
- 09.11.2026 [22:09]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
- 09.11.2026 [21:41]
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
- 09.11.2026 [20:21]
Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik
- 09.11.2026 [19:55]
Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH
- 09.11.2026 [19:43]
İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir
- 09.11.2026 [19:23]
Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb
- 09.11.2026 [18:41]
2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq
- 09.11.2026 [18:23]
“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 09.11.2026 [18:07]
Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
- 09.11.2026 [17:56]
Vyanada Zəfər Günü qeyd olunub
- 09.11.2026 [17:49]
Zəfər qürurunu əks etdirən konsert
- 09.11.2026 [17:43]