Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏTBUAT BƏYANATI

İran İslam Respublikasının Prezidenti Zati-aliləri Seyid Məhəmməd Xatəmi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin dəvəti ilə 2004-cü il avqustun 5-7-də ölkəmizdə rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında sıx və səmimi əlaqələrin təzahürü olaraq, İran İslam Respublikasının Prezidenti Bakıda hərarətlə qarşılandı. Tərəflər səmimiyyət və dostluq şəraitində keçirilən danışıqlar zamanı aşağıdakılar barədə müzakirələr apardılar:

I

Tərəflər dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə siyasi əlaqələri və qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirəcəklər.

Tərəflər ikitərəfli əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsinə, o cümlədən iki ölkənin icra, qanunverici və məhkəmə hakimiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinə razılıqlarını bildirərək, ölkələrimizin rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsini vurğulamışlar.

Tərəflər İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulluğunun yaxın günlərdə fəaliyyətə başlaması barədə razılığa gəlmişlər.

Tərəflər məmnunluqla qeyd edirlər ki, mövcud müqavilə-hüquq bazası Tərəflər arasındakı münasibətlərin hərtərəfli inkişafının təmin edilməsi üçün etibarlı əsasdır.

Tərəflər terrorizm və onun bütün təzahürləri ilə, narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının və prekursorlarının qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri və qaçaqmalçılıqla mübarizə sahələrində qarşılıqlı fəaliyyət məqsədi ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın səmərəliliyini artıracaqlar.

Tərəflər təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş fəaliyyətinin öz ərazilərində qadağan edilməsi və aradan qaldırılması üzrə lazımi səylər göstərəcək və tədbirlər görəcəklər.

Tərəflər BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, onların sərhədlərinin toxunulmazlığına hörmət əsasında münaqişələrin sülh yolu ilə həll edilməsi məqsədi ilə fəaliyyət göstərəcəklər.

İran İslam Respublikası Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının zəruriliyini qeyd edir.

Azərbaycan Respublikası İran İslam Respublikasının ötən illər ərzində qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirmişdir və hər iki tərəf bunun davam etdirilməsini zəruri hesab etmişdir.

Tərəflər milli təhlükəsizliyin təmin olunması məsələlərində əməkdaşlığın əhəmiyyətini qeyd etməklə, ayrı-ayrı sazişlər əsasında hər iki dövlətin müvafiq qurumları arasında əməli əməkdaşlığın davam etdirilməsinə yardım edəcəklər.

II

Tərəflər hər iki dövlətin potensialı əsasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın səviyyəsini artırmaq üçün lazımi tədbirlər görəcəklər.

Tərəflər 2002-ci il oktyabr ayının 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memorandum”un həyata keçirilməsi üçün tədbirlər görməyə razılaşaraq, həmin anlaşmaların və Dövlətlərarası Müştərək Komissiyanın gələcək iclaslarının mütəmadi şəkildə, xüsusilə də 6-cı Tehran iclasının tezliklə keçirilməsinin vacibliyini qeyd etmişlər.

Tərəflər müxtəlif ticari və iqtisadi sahələrdə, ilk növbədə, neft və neft sənayesi, neft kimyası məhsulları, kimya və yüngül sənaye, maşınqayırma, aqrar-sənaye kompleksləri, nəqliyyat, nəqliyyat infrastrukturları və rabitə sahələrində əməkdaşlığın genişləndirilməsinə səy göstərəcəklər.

Tərəflər maliyyə və bank strukturlarının qarşılıqlı fəaliyyəti, birgə sərmayə layihələrinin gerçəkləşməsi, birgə müəssisələrin və digər təsərrüfat strukturlarının formalaşmasında əməkdaşlığı qeyd etmişlər.

Azərbaycan Respublikası İran İslam Respublikasının Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinə (TRASECA) qoşulmaq niyyətini bir daha dəstəklədiyini bildirir. Eləcə də, İran İslam Respublikası Azərbaycan Respublikasına Şimal-Cənub nəqliyyat dəhlizinə aid Sazişə qoşulması ilə əlaqədar dəstəyini bir daha təsdiq edir.

Tərəflər nəqliyyat sahəsində əməkdaşlığı vurğulamaqla, Astara-Bakı avtomobil yolunun, sərhəd körpülərinin tikintisi və sərhədyanı ticarət sahəsində əməkdaşlığa dair əldə olunmuş razılaşmaları alqışlayır, bu münasibətlərin genişləndirilməsinə və həyata keçirilməsinə xidmət edən lazımi strukturların yaradılması məqsədi ilə birgə tədbirləri dəstəkləyir və Qəzvin-Rəşt-Ənzəli-Astara-Astara dəmir yolu xəttinin layihələndirilməsi, tikintisi və istifadəyə verilməsi məqsədi ilə İran İslam Respublikası-Azərbaycan Respublikası-Rusiya Federasiyası üçtərəfli konsorsiumunun yaradılmasını bəyan etmişlər.

Tərəflər elektrik stansiyalarının tikintisi və yardımçı stansiyaların quraşdırılması və istismarı sahəsində ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığa dair qarşılıqlı anlaşmalardan məmnun olduqlarını bildirərək, bu razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.

Tərəflər Ordubad və Məzrəə su bəndləri tikintisinin və Xoy-Culfa qaz kəməri çəkilməsinin xüsusi əhəmiyyətini qeyd etmişlər.

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirərək, bu yardımların davam etdirilməsinin zəruriliyini vurğulamışdır və İran İslam Respublikası yardımı davam etdirəcəyini təsdiqləmişdir. Tərəflər Naxçıvan Muxtar Respublikasında müxtəlif inkişaf layihələrinin, o cümlədən yol tikintisi, energetika, təbii qaz, kənd təsərrüfatı və sənayenin inkişafı, səhiyyə sahəsində əməkdaşlığa dair layihələrin və bu sahələrdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyini vurğulamış və qarşılıqlı əməkdaşlığın genişləndirilməsini təsdiq etmişlər.

III

Tərəflər Azərbaycan Respublikası və İran İslam Respublikası arasında humanitar sahədə əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinin, hər iki xalqın tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə almaqla, möhkəm və obyektiv əsasa malik olduğunu qeyd etmişlər.

Tərəflər mədəniyyət, elm, təhsil, səhiyyə və sosial təminat sahələrində qarşılıqlı fəaliyyət üçün səylərini artıracaqlarını qeyd etmişlər.

Tərəflər iki ölkənin dostluq münasibətləri çərçivəsində mədəniyyət, incəsənət, KİV vasitələri, elm, təhsil, səhiyyə, sosial təminat mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərinin gücləndiriləcəyini qeyd etmişlər.

IV

Tərəflər Xəzər dənizinin hüquqi statusuna dair məsələləri dostluq və səmimiyyət şəraitində hərtərəfli müzakirə etmiş və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı beş ölkənin razılaşması əsasında həll edilməsi üzrə danışıqları dəstəkləmişlər. Onlar danışıqların davam etdirilməsi barədə razılığa gəlmişlər.

V

Tərəflər dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, beynəlxalq hüququn hamılıqla tanınmış normalarını nəzərə alaraq, ikitərəfli və çoxtərəfli əsasda sıx siyasi və iqtisadi əlaqələri gücləndirəcəklər.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə işbirliyi çərçivəsində BMT və onun təsisatları, İKT, İƏT və digər regional və beynəlxalq təşkilatlar formatında əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını təsdiq etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahalaşıb

Birjalarda neft bahalaşıb