Məşhur modelyer Pyer Karden vəfat edib
Bakı, 29 dekabr, AZƏRTAC
Məşhur fransız modelyer Pyer Karden 98 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, France Press agentliyi bu barədə mərhumun ailəsinə istinadla məlumat yayıb. Modelyerin Paris ətrafındakı Amerika hospitalında vəfat etdiyi bildirilir.
Pyer Karden (Petro Kardini) 1922-ci ildə İtaliyada anadan olub. İki il sonra onun valideynləri Fransaya köçüb. Karden 14 yaşından dərzi yanında usta köməkçisi işləməyə başlayıb. 1940-cı illərin sonlarından Kristian Diorun atelyesində işləyib və bir neçə il sonra Parisdə öz modalar evini və mebel butikini yaradıb. İlk kolleksiyasını 1953-cü ildə təqdim edib. 1970-ci ildə NASA astronavtları üçün kostyumun dizaynını hazırlayıb.
Bir sıra geyim brendlərinə, ətriyyat və kosmetika məhsullara, siqaretlərə öz adını verən Pyer Kardenin kolleksiyaları dünyanın ən böyük muzeylərində nümayiş olunub.
Karden Fransada ən böyük daşınmaz əmlak sahiblərindən biri sayılırdı və Venesiyadakı dəbdəbəli Kazanova sarayı ona məxsus idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:50]
Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb
- 12.11.2026 [17:09]
Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar
- 12.11.2026 [16:20]
“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq
- 12.11.2026 [16:11]