Məşhur futbolçunun evində yanğın olub
Bakı, 9 oktyabr, AZƏRTAC
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Juniorun evində yanğın baş verib.
AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, ilkin məlumata görə, buna elektrik naqillərində yaranan nasazlıq səbəb olub.
Yanğın zirzəmidə yerləşən saunanın asma tavanında başlayıb, otaq tamamilə yanıb. Hadisə yerinə iki yanğınsöndürən briqadası gəlib, alovun digər otaqlara keçməsinin qarşısı qısa zamanda alınıb.
Hadisə nəticəsində xəsarət alan və zəhərlənən olmayıb. Vinisius yanğın baş verən vaxt evdə olmayıb. O, hazırda Braziliya millisinin düşərgəsindədir.
Qeyd edək ki, Braziliya yığması oktyabrın 10-da Cənubi Koreya, 14-də isə Yaponiya ilə yoldaşlıq oyunları keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [22:21]
Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik
- 12.11.2026 [20:43]
Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb
- 12.11.2026 [18:50]
Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək
- 12.11.2026 [16:27]