Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlağayı böyük bir aləmdir VİDEO

Bakı, 6 dekabr, Gözəl Ağayeva, Tərgül Ağayeva, AZƏRTAC

Minilliklər boyu tarixin sınaqlarından alnıaçıq çıxan xalqımız bu yaxınlarda daha bir uğura imza atdı. Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Beləliklə, bu sənət Azərbaycan xalqının milli mənəvi dəyərlər sisteminin ən mühüm mədəniyyət nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiq olundu.

Kəlağayı sənətinin tədqiqi ideyası necə yarandı

Bolqarıstanda Azərbaycan səfirliyinin və bu ölkənin Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı, Sofiya İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin təqdimatı oldu. Təqdimat mərasimində Bolqarıstanın dövlət və hökumət rəsmiləri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, həmvətənlilərimiz iştirak ediblər. Sofiya Şəhəri İcra Hakimiyyəti başçısının müavini Mariya Boyadjiyska, Dövlət Mədəniyyət İnstitutunun direktoru Lyudmila Dimitrova tədbiri bolqar ictimaiyyətinin Azərbaycan kəlağayı sənəti ilə daha yaxından tanış olması baxımından yüksək dəyərləndiriblər. Beləliklə, qədim sənətimiz Bolqarıstan ictimaiyyətini də valeh etdi. Azərbaycanda istehsal olunan milli qadın baş örtüyü kəlağayı insanların qəlbini rahatlandırır, ən dərin duyğularını oyadır, onlara istidə dağların sərinliyini, soyuqda günəşin hərarətini bəxş edir. 

Bir-birini əvəzləyən bu sevindirici xəbərlərin bütün dünyanı dolaşdığı bir məqamda Bakı Dövlət Universitetinin kafedra müdiri, “İnkişaf” Elmi Mərkəzinin üzvü Rəna İbrahimbəyova ilə görüşən AZƏRTAC-ın əməkdaşları onun kəlağayı sənəti ilə bağlı fikirlərini geniş oxucu auditoriyasına çatdırır.

Bolqarıstanda Azərbaycan kəlağayısının təqdimatında iştirak etmiş həmsöhbətimiz bildirdi ki, bu tarixi hadisə ilk növbədə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına böyük dəstəyinin parlaq nəticəsidir.

Kəlağayı sənətinin tədqiqi ideyası Rəna İbrahimbəyovanın BMT-nin “Gender inkişafı” layihəsində iştirakından sonra yaranıb. O xatırlayır: “Gender layihəsi çərçivəsində xaricə gedib-gəlir və əcnəbilərə kəlağayı bağışlayanda onların buna böyük maraqla yanaşdığını görürdüm. Hətta BMT-nin 37-ci sessiyasında moderator çəhrayı rəngdə kəlağayını çiyinə atıb iclası aparırdı. Bütün bunları görərək, bu zərif ipək məmulatını daha dərindən tədqiq etmək qərarına gəldik. Araşdırmalarımız seçimimizin düzgün olduğunu təsdiqlədi”.

Kəlağayı sülh və əmin-amanlıq rəmzidir

Kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub. Kəlağayının vətəni Azərbaycanın şimal-qərbində yerləşən qədim Basqaldır. 

Bu baş örtüyü mütləq ipəkdən, kvadrat formasında olmalı, hazırlandıqdan sonra rənglənməli və naxışlanmalıdır. Kəlağayı məxsusi ipəkdən hazırlanır. Bu ipəyin sapları çox incə, eyni zamanda çox davamlı, yüngül və uzunömürlüdür.

Kəlağayının kənarları (yeləni) və ya mərkəzi (xonça), adətən nabati, geometrik ornamentlərlə bəzədilir və hər biri təkrarolunmazdır.

Tarixən sosial, ictimai həyatımızın, münasibətlərimizin bir hissəsinin kəlağayı ilə tənzimləndiyini qeyd edən R.İbrahimbəyova deyir: “Ənənəyə görə uşaq dünyaya gələndə onu anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərdilər. Sonradan isə həmin kəlağayını zahı qadın 40 gün belinə bağlardı ki, təzədən öz formasına qayıtsın. İnsan dünyanı tərk edəndə isə mafənin üstünə kəlağayı atırlar.

Kəlağayı qadınlarımızın isməti, sülhün, əmin-amanlığın rəmzidir. Müharibənin, qan tökülməsinin qabağını almaq istəyən analarımız, nənələrimiz döyüşən tərəflərin arasına kəlağayı atanda onlar dayanırdı. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılıqlarını ona kəlağayısını verməklə bildirərdilər.

Vaxtilə qadınlar bölmə kəlağayı (kəlağayının dörddə bir hissəsi) ilə başlarına “dingə” bağlayır, sonra iri kəlağayını örtərdilər”.

Kəlağayını kişilər hazırlayır

Heç kəs təəccüblənməsin. Xanımlar bilməlidirlər ki, kəlağayını kişilər hazırlayır. Hər kəlağayıda rənglərin, naxışların dili ilə kişilərin qadınlara münasibəti, hissləri, duyğuları əks olunur. 

Bu ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir və həyatda baş verən hadisələrin ruhuna uyğun şəkildə rənglənir. Məmulatın rənglənmə ardıcıllığı var. Boyaqçının işi isə xüsusidir, belə ki, küpxananın açarı ancaq onun özündə olur və sirrin açılmaması üçün iş vaxtı heç kəsi içəri buraxmır. Beləliklə də, kəlağayı göz oxşayan, solmayan, müxtəlif rənglərlə boyanılır. “Boyaqçıya nəzir düşür” atalar sözü bəlkə də burdan qaynaqlanır.

Azərbaycan əhalisi bir yerdən digər yerə köçəndə də kişilər yeni məkanda birinci olaraq kəlağayı hazırlayıblar.

Çəkisi cəmi 130 qram olan kəlağayı üzükdən rahatlıqla keçir.

Naxışlarına, rənglərinə görə fərqlənən kəlağayıların zirvəsi isə “Yeddirəng kəlağayı”dır. Onu doqquz dəfə qaynadır, rəngləyir, qurudurlar.

Harada ipək var, orada zənginlik var

İpəkçilik Azərbaycanda tarixən nüfuzlu, gəlirli sahə hesab olunur. Nahaq yerə demirlər ki, harada ipək var, orada zənginlik var.

Bu gün Basqal İpək Mərkəzində interaktiv muzey fəaliyyət göstərir ki, ziyarətçi orada həm kəlağayının hazırlanması prosesi ilə tanış olur, həm də onun tarixinə dair biliklər alır. Ən maraqlısı isə odur ki, bu muzeydə ziyarətçiyə kəlağayının hazırlamasında şəxsən iştirak etmək imkanı yaradılır.

Artıq kəlağayının konsepsiyası yaradıldığını qeyd edən R.İbrahimbəyova deyir: “Biz tarixi kəlağayını bərpa etmişik. Çox istərdim ki, bu baş örtüyündən gənc qızlar da istifadə etsinlər. Bu məqsədlə bölmə kəlağayılar, şərflər da hazırlanır. Çalışırıq ki, kəlağayını müasir şəraitə uyğunlaşdıraq”.

Bütün bu çətin və maraqlı işlərdə Rəna xanıma ömür-gün yoldaşı, inşaatçı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev hər zaman dəstək olur.

Rəna İbrahimbəyovanı dinlədikcə, onun kəlağayıya və bu sənətə sonsuz sevgisini görürük. İnsanda belə bir əminlik yaranır: nə qədər ki, belə insanlar var, xalqımıza məxsus bənzərsiz sənət inciləri daim yaşayacaq. Ölkələr dolaşaraq Azərbaycanı bütün dünyada tanıdacaq.

Kəlağayı böyük bir aləmdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb