JURNALİSTLƏRLƏ GÖRÜŞ
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev ümummilli liderimiz Heydər Əliyevin müstəqil, demokratik mətbuatın inkişafına gözəl şərait yaradılmasında xüsusi rolunu vurğuladı. Dövlətimizin başçısı İlham Əliyevin mətbuat işçilərinə təbrikində də MDB məkanında kütləvi informasiya vasitələri (KİV) sahəsində ən demokratik, liberal qanunvericilik bazasının məhz bizim ölkəmizdə olduğu qeyd edilir.
V.Əliyev Sumqayıtda nəşr olunan və müsbət təcrübəni təbliğ etməklə yanaşı, şəhərin problemlərini cəsarətlə əks etdirən KİV-lərin fəaliyyətini yüksək qiymətləndirdi.
Səmimilik şəraitində keçən görüşdə KİV-lərin fəaliyyətinin müxtəlif cəhətlərinə toxunuldu.
Sonra jurnalistlərə suvenirlər bağışlandı.
Elə həmin gün Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şöbəsi “İmperial” restoranında veteran jurnalistlərin də dəvət olunduğu qəbulu təşkil etdi. Fərqlənmiş KİV işçilərinə fəxri fərmanlar, diplomlar, şəhərin müxtəlif təşkilatlarından hədiyyələr təqdim olundu.